Ölkə futbolu
Azərbaycanlı FİFA referisi cəzalandırıldı
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov cəzalandırılıb. Fut…
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov cəzalandırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.
Orxan Məmmədovun ölkə çempionatının XIX turunda təyinat almamağı məhz bununla əlaqədardı.
31 yaşlı hakimin cəzalandırılmasına səbəb isə qış fasiləsindən öncəki turlarda qeyri-qənaətbəxş idarəçilik etməsidi. Xüsusən, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Rəvan” (3:3) görüşündə buraxdığı nöqsanlar Məmmədovun HK tərəfindən cəzalandırılması ilə nəticələnib.
Məsələ ilə bağlı qısa danışan Xaqani Məmmədov yetirməsinin neçə oyunluq cəzalandırıldığını açıqlamayıb: “Orxan hazırda cəzalıdı. Buna görə də, 19-cu turda ona təyinat verilmədi. Orxanı qeyri-müəyyən müddətə cəzalandırmışıq. Cəzasının müddətini konkret açıqlaya bilmərəm. Təkcə onu deyim ki, mövsümün sonuna qədər cəzalandırılmayıb”.
Qeyd edək ki, Orxan Məmmədov ötən ildən FİFA referisi adını daşıyır.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”