Milli komanda
İtalyansayağı "qəbirqazanlıq": 2-ci pərdə
Bu gün futzal üzrə milli komandamız 10-cu Avropa çe…
Bu gün futzal üzrə milli komandamız 10-cu Avropa çempionatının final mərhələsində ilk oyununa çıxacaq. Tino Peresin rəhbərlik etdiyi beynəlmiləl komanda son qitə birinciliyinin qalibi İtaliya ilə qüvvəsini sınayacaq.
12 komandanın iştirakı ilə keçirilən turnirin hər qrupunda 3 yığma yer alıb. Hətta bir neçə azərbaycanlının da heyətə cəlb olunduğu yığmamız “D” qrupunda mübarizə aparır. “Skuadra adzurra”dan savayı, ispan mütəxəssisin drujinası Çexiya ilə də qüvvəsini sınayacaq. Qruplarda ilk 2 pilləni tutan komandalar ¼ finala vəsiqə əldə edəcək.
Reqlamentə əsasən qrupda son oyun İtaliya ilə Çexiya arasında baş tutacaq. Bu baxımdan komandamız əlverişsiz vəziyyətdədi. Çünki hər iki rəqibi ilə oynadıqdan sonra yığmamız statist rolunda rəqiblərinin taleyimizi həll edəcəyi oyuna şahidlik etməli olacaq. Nəzərə alsaq ki, analoji hal bir dəfə millimizi qitə çempionatının ¼ finalından kənarda qoyub, bu dəfə də təkrarlanacağı istisna olmur. 2014-cü ildə baş tutan turnirin qrup mərhələsində də rəqiblərimizdən biri İtaliya idi. Həmin vaxt Sloveniyanı 7:6 məğlub etdikdən sonra, “Mavi eskadra”ya 0:7 hesabı ilə yenilmişdik. Qrupdakı son oyunda italyanlar aşkar şəkildə oyunu Sloveniyaya verdi – 2:3. Komandalar eyni – hərəyə 3 xal toplasa da, ən pis top fərqinə görə, millimiz ¼ finala vəsiqə əldə edə bilmədi.
Bu dəfə də təqvim yığmamızla “acı zarafat” edə bilər. Özümüzü aldadıb, “hər iki oyunda qalib gəlmək lazımdı” deməklə iş bitmir. İtalyanlar son Avropa çempionatının qalibidi. Bugünkü oyunda başlıca məqsəd xal qazanmaq yox, az fərqlə məğlub olmaqdı. Əlbəttə ki, Çexiya üzərində qələbə qazanmaq şərti ilə. Belədə, italyanların 2 il əvvəlki hoqqabazlığı təkrar etmək şanslarını minimuma endirmiş olacağıq.
Dünya reytinq sıralamasında İtaliya 4-cü, Çexiya isə 17-ci pillədə qərarlaşıb. Millimizə gəlincə, Tino Peresin yetirmələri hazırda 11-ci yerdədi.
Yığmamız Avropa Çempionatında aşağıdakı oyunçularla təmsil olunub:
Qapıçılar: Rövşən Hüseynli, Elnur Zamanov; Universallar: Zeynal Zeynalov, Rizvan Fərzəliyev, Samir Həmzəyev, Ramiz Çovdarov, Vitali Borisov, Xətai Bağırov, Sergey Çuyko, Eduardo, Rafael Durval, Fineo, Auqusto, Amadeu.
Qeyd edək ki, Azərbaycan – İtaliya görüşü bu gün, saat 00:00-da start götürəcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi