Bizi izləyin

Ölkə futbolu

“Neftçi”nin yemək qazanı: ona da qohumlar nəzarət edirmiş

“Neftçi”ylə bağlı qalmaqallar təzə səngimişd…

blank
“Neftçi”ylə bağlı qalmaqallar təzə səngimişdi. Milli çempionatda fasilə yaranınca paytaxt klubu da sanki yaddan çıxmışdı.
 
Elə ki, Premyer Liqada 3-cü dövrə başladı, qalmaqallar da start götürdü. Və “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Sumqayıt” üzərindəki qələbənin gətirdiyi eyforiyayla növbəti yanlış açıqlamanı verdi. Hər dəfə müsahibələrində qıcıq doğuran sözlər işlədən, əksər vaxt da ifadələri özünə qarşı yönələn yazıçı yenə lazımsız polemika yaratdı.
 
Məşhur “penklub söhbəti”ndə olduğu kimi, bir neçə dəfə yersiz söhbətlərə yol açan Abdullayev bu dəfə də sələflərinə – köhnə rəhbərliyə “ilişdi”. Abdullayev son açıqlamasında iddia etdi ki, onun gəlişinə qədər klubun ancaq futbolçu və məşqçi heyəti yeməklə təmin olunurmuş: "Lakin indi xadimədən tutmuş, gözətçiyə kimi, bütün işçilərə hər gün pulsuz yemək verilir".
 
Hətta belə olubsa da, bu açıqlamanı indiki vəziyyətdə dilə gətirmək yanlışdı. Və "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində ona cavab verdi: “Hörmətli Çingiz Abdullayevdən xahiş edərdim ki, əsası olmyan informasiyalar yaymaqla məşğul olmasın. Bizim dövrümüzdə "Neftçi"də çalışan bütün işçilər klubun hesabına nahar edib. Sadıq Sadıqovun dövründə "Neftçi"də çalışan istənilən adamı tapın, qoy, çıxıb desin ki, bu, belə deyil. Belə bir şeyin olması mümkün deyil. Çingiz Abdullayev, sizin üçün ayıbdı. Bu, populizmdi. Deputat Zahid Oruc Çingiz Abdullayevin cavabını verib. Hörmətli yazıçımız populist çıxış edərək deyib ki, 4 uşağı olan "Neftçi"nin işçisini işdən qova bilməyib. Elə isə klubun yeməkxanasında çalışmış 5 işçini kim qovub? "Neftçi"dəki rəhbər dəyişikliyindən sonra nə qədər adam işsiz qaldı. Əvəzində klub rəhbərliyinə yaxın bir restoranla müqavilə bağlandı və həmin restoran kluba hazır yemək göndərir. Çox təəssüf ki, yeməkxana personalı hamılıqla işdən qovuldu. Görəsən, Çingiz Abdullayev onların işdən qovulması haqda əmrə qol çəkəndə və o qədər insanı işsiz qoyanda vicdanı sızlamadı?"
 
Abdullayevin yersiz açıqlamasına elə bu cavab yaraşardı. Köhnə yaranı qaşıdı, qan çıxdı. Futbolinfo.az isə həqiqəti tapmaq üçün kiçik araşdırma apardı və məlum oldu ki…
 
Əslində, “Neftçi”də Sadıq Sadıqovun prezidentliyi dövründə hamı yeməklə təmin olunub. Amma komanda Avropa Liqasında qrup mərhələsinə düşdükdən sonra nədənsə bu, ləğv olunub. Komanda üzvləri, eləcə də klubda rəhbər vəzifədə çalışanlar yenə də klubun bazasında qidalanıb. Yalnız sıravi işçilərin yeməkxananın xidmətindən istifadəsinə qadağa qoyulub. Sıravi işçilər də 2 il ərzində qidalanma problemlərini öz hesablarına həll ediblər. Onların əksəriyyəti yaxınlıqda olan AFFA-nın yeməkxanasında ciblərinin pulu hesabına qidalanıb.
 
Yemək məsələsinin niyə məhz komanda Avropa Liqasına düşəndən sonra problemə çevrilməsi müəmmadı. Ola bilsin, avrokubokda uğura nail olmaq üçün Sadıqovun xərci çox çıxıb deyə, bu addım atılıb. Hər halda, informasiyamız dəqiqdi və sıravi işçilərin problemi həqiqətən yeni rəhbərlik gələndən sonra qaydasına qoyulub. Ancaq Çingiz bəy bunu qəhrəmanlıq kimi təqdim etməsin, çünki hər iki halda yeməyin pulunu SOCAR verib.
 
İşin müəmma qalan hissəsi isə ondan ibarətdi ki, həqiqətən “Neftçi”də yemək məsələsində dəyişmə var. Sadıqovun dönəmində yeməkxana müdiri ayrılan pulla sağ cibdən sol cibə ötürmək qaydası ilə rəhbərinin obyektlərindən bazarlıq edib yemək bişirtdirirdisə, indi vəziyyət fərqlidi. Hazırda kluba yemək sifarişlə gəlir və İsveç stolu halında təqdim olunur.
 
Yemək işlərinə baxan insanların işdən çıxarılmasına gəlincə, bunun səbəbi olub. Belə ki, kluba qohum-əqrəbasını dolduran, onlara müxtəlif vəzifələr verən Sadıq bəy bu sahədə də özgəsinə etibar etməyib. Yeməkxanaya Sadıqovun bacısının yoldaşı Fikrət Məmmədov rəhbərlik edirmiş. Yeznənin qardaşı Heybət Məmmədov kimi, Əbdüləzim Mirzəyev də qohumluq əlaqələrinə görə klubda çalışırmış. Yeməkxananın xanım işçisi isə Sadıq Sadıqovun rəhbərlik etdiyi digər qurumun – “Neftçi” İdman Sağlamlıq Mərkəzinin kadrı olub.Prezident devrildikdən sonra xanım işçi “Neftçi” İSM-ə qayıdıb, Sadıqovun yeznəsi, onun qardaşı və digər qohumu isə öz ərizəsinə əsasən işdən çıxarılıb.
 
Deməli, burada hansısa qovulmadan yox, klubun qohum-əqrəbadan təmizlənməsindən danışmalıyıq. Hətta onlar öz ərizələrini təqdim etmədikləri halda belə, qovulmaları ən düzgün addım olardı. Çingiz bəy gündəmə yersiz açıqlama müəllifi kimi düşməkdənsə, bu açıqlamanı olduğu kimi versəydi, daha yaxşı olardı. Abdullayev “klubu Sadıqovun qohumlarından təmizlədim” desəydi, indi qınaq obyektinə çevrilməzdi.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm