Dünya futbolu
"Pivəçilər"in sərxoşuna cəza
Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya” …
Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya” klubu maraqlı hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın yarımmüdafiəçi Arturo Vidala son zamanlar az şans verməsinin səbəbi bəlli olub.
Təcrübəli mütəxəssis çilili futbolçunu Qətrdəki təlim-məşq toplanışı zamanı intizamsız hərəkətlərə yol verdiyinə cəzalandırıb. Belə ki, Vidal bir neçə dəfə komandanın məşqini özbaşına tərk edib. O, daha sonra "Bavariya”nın qaldığı otelə sərxoş halda qayıdıb. Məhz bu hərkətlərdən sonra Qvardiola futbolçunu cəzalandırmağı üstün tutub.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin yayında İtaliya təmsilçisi "Yuventus"dan "pivəçilər"ə transfer olunub.