Dünya futbolu
Millimizə gəlişi gözlənilən məşqçi Super Liqa klubunu çalışdıra bilər
Türkiyənin qalmaqallı məşqçilərindən olan Yılmaz Vu…
Türkiyənin qalmaqallı məşqçilərindən olan Yılmaz Vural özünə yeni iş yeri tapmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, onun "Gənclərbirliyi"ni çalışdırmaq ehtimalı yüksəkdi.
Belə ki, Metin Diyadinin vəzifəsinə son verilməsindən sonra paytaxt klubunun prezidenti İlhan Cavcav komandasına məhz Vuralı gətirmək arzusuna düşüb. Hazırda təcrübəli mütəxəssislə danışıqlar gedir. Vuralla ortaq məxrəcə gəlmək mümkün olmasa, Cavcav ötən mövsüm “Antalyaspor”u çalışdırmış Mehmet Özdileklə danışıqlara başlayacaq.
Xatırladaq ki, Vuralın son iş yeri "Elazığspor" olub. Onun adı ötən həftələrdə Azərbaycan yığması ilə birgə də hallanırdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı