Dünya futbolu
Moskvada gərginlik: "Fənərbaxça"nın baş məşqçisi əsəbləşdi
Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüş&u…
Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində “Fənərbaxça” bu gün Moskva “Lokomotiv”inin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, sözügedən klubların təmsil etdikləri ölkələr arasında davam edən "təyyarə qalmaqalı" bu matçdan da təsirsiz ötüşmür.
İstanbul təmsilçisinin baş məşqçisi Vitor Perreyra dünən Moskvada baş tutan oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırakən bəzi gərginliklər yaşanıb. Portuqaliyalı mütəxəssis sözlərinə belə başlayıb: “Çox çətin və gərgin oyun olacaq. Rəqib geridönüş istəyəcək. Yaxşı komandaya qarşı oynasaq da, hədəflərimiz böyükdür. Komandamın taktiki və əhval-ruhiyyə baxımından “Lokomotiv”i üstələməsini istəyirəm. Buraya heç-heçə yox, qələbə üçün gəlmişik”.
Perreyra rusiyalı jurnalistin “Fənərbaxçalı” futbolçu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın şəkli olan mayka geyə bilərmi” sualına isə Perreyranın cavabı belə olub: “Fikrimcə, siz sualı düzgün şəxsə verməmisiniz. Mən siyasətçi deyiləm, məşqçiyəm. Futbolla bağlı sualınız varsa, verin”.