Premyer-liqa
"Kəpəz"də üçü birdən
Topaz Premyer Liqasının 23-cü turunda "Sumqayıt"ı q…
Topaz Premyer Liqasının 23-cü turunda "Sumqayıt"ı qəbul edəcək "Kəpəz" çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi məşqlərini Bakıda – "Dalğa Arena"da keçir.
Bu gün saat 16:00-da sözügedən stadiondan son məşqinə çıxacaq "sarı-göylər" patyaxtdakı hazırlığını yekunlaşdıracaq. Aşhin Diniyevin komandası sabah Gəncəyə yollanacaq komanda oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.
Bundan əlavə, qərblilərin heyətində bəzi itkilər də var. Belə ki, Orxan Əliyev, Budaq Nəsirov, Xəzər Qəribov zədəlidi. Əliyevə nisbətən, digər iki futbolçunun zədəsi yüngüldü. Onların növbəti matçda çıxış edib-etməyəcəyi isə oyunöncəsi məşqdə bilinəcək.