Milli komanda
Macarıstanın baş məşqçisi yığmamız üzərində qələbəni şərh etdi
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması mac…
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması macarıstanlı həmyaşıdlarına 0:1 hesabı ilə uduzub. Futbolinfo.az xəbər verir ki, "Bayıl Arena"dakı matçdan sonra AFFA-nın saytına açıqlama verən rəqib komandanın baş məşqçisi Dorotiya Şumi qələbəni belə şərh edib:
“Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu. Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə, bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.