Ölkə futbolu
Klub da təsdiqlədi: "Qalatasaray" "Qarabağ" üçün Bakıya gəlir
“Qarabağ”la Türkiyənin “Qalatasaray” kl…
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında yoldaşlıq görüşü keçiriləcək. Futbolinfo.az Musavat.com-a istinadən xəbər verir ki, görüşün bu ayın sonunda keçirilməsi nəzərdə tutulub.
Mart ayının 29-da Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı klub rəhbərlikləri arasında danışıqların olduğu və razılığa gəlindiyi bildirilir. Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında belə bir görüşün baş tutması ehtimalının olduğunu təsdiqlədi. Lakin klub rəsmisi görüşün keçirilməsi ilə bağlı dəqiq məlumatın hələ ki olmadığını söylədi.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”