Premyer-liqa
Qriqorçuk: “Emosiyalar ağıldan çox idi”
Bu gün Topaz Premyer Liqasında 24-cü tura start verilib. Fu…
Bu gün Topaz Premyer Liqasında 24-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, “Neftçi” doğma azarkeşləri qarşısında "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.
“Bakcell Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
– İlk yarıda “Qəbələ”yə nə olmuşdu?
– Cavabını bilirəm. Çox ehtiraslı başlamışdıq. Emosiyalar ağıldan çox idi. Məntiqsiz futbol oynayırdıq. Bu cür futbolda özümüzə qarşı oynayırıq. Belədə, hücum alınmayanda qapımıza doğru qaçmalıyıq. “Neftçi”də isə kifayət qədər oyunçu var ki, yüksək sürətə sahibdilər. Sevindiricidi ki, fasilədən sonra ağıllı oynamağa başladıq və istədiyimiz nəticəni aldıq.

– Konfransdan sonra hotelə gedəcəksiniz, yoxsa Suraxanıya?
– Ehtiyac duymuram. Çünki bütün rəqiblər barədə kifayət qədər informasiyamız var.

– Elvin Camalov ardıcıl 2-ci oyundu ki, ciddi zədə alır.
– O, əsl döyüşçüdü. İnkişaf edir, hər an inkişaf edir. Bu gün start heyətində yer alması heç də 95 təvəllüdlüdü olması ilə əlaqədar deyil. O, əsas heyətdə özünü sübut edə bilib.

– Həlledici rolu iki əvəzetmə oynadı, yoxsa qırmızı vərəqə?
– Onları qırmızı vərəqəyə biz sövq etdik. Çünki təzyiq altında saxlayırdıq. O ki qaldı əvəzetmədən oyuna daxil olan oyunçulardan biri ötürmə etdi, digəri isə qol vurdu, bu, lap əladı!

– Ukrayna mətbuatı “Şaxtyor”un personanız maraq göstərdiyini yazıb. “Qəbələ”ni atmaq haqda düşünmürsünüz?
– Bir dəfə də bu cür söhbətlər Ukrayna yığması ətrafında yaranmışdı. Bu cür şayiələri müzakirə etmək etikadan kənardı. “Şaxtyor”u görkəmli mütəxəssis çalışdırır. Ondan çox şeylər öyrənməliyik. Bu cür suallardan qaçıram.

CEYHUN ƏLİYEV