Ölkə futbolu
AFFA-da yeni qurum yaradıldı
AFFA-nın tərkibində yeni qurum yaradılıb. Futbolinfo.az xəbər v…
AFFA-nın tərkibində yeni qurum yaradılıb. Futbolinfo.az xəbər verir ki, bu, Mübahisələrin Həlli Palatasıdı.
Məsələ ilə bağlı jurnalistlərə məlumatı İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov verib. O bildirib ki, AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransından sonra baş tutan İcraiyyə Komitəsində bu haqda qərar rəsmiləşib: “Mübahisələrin Həlli Palatası yaradıb. Biz müəyyən cərimələrlə bağlı rəqəmlərə baxdıq ki, bunlar hansı səviyyədə olmalıdı. Bütün sənədlərdə bu öz əksini tapacaq”.
Əsas məqsədin inkişafı daha da sürətləndirmək olduğunu qeyd edən Məmmədov bu il Bakıda olacaq 17 yaşadək futbolçular arasında Avropa birinciliyinə ciddi hazırlıq getdiyini və futbolçularımızın yarışa inamla hazırlaşdığını diqqətə çatdırıb: “Maraqlı bir dövrə qədəm qoyuruq. Azərbaycan 2020-ci il də Avropa çempionatının ev sahiblərindən biri kimi seçilib. Burada təmsil olunmaq istəyirik. Buna yüksək səviyyədə hazırlaşmalıyıq və ümid edirik ki, millimiz bu yarışlarda iştirak edəcək”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı