Ölkə futbolu
Əsgər Abdullayevdən 2 mühüm qərar
“Turan Tovuz” klubu ilə artıq razılığa gəlmişəm. K…
“Turan Tovuz” klubu ilə artıq razılığa gəlmişəm. Komandanın yeni baş məşqçisi mən olacam”. Futbolinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Əsgər Abdullayev deyib.
“Qəbələ” ilə çempionat görüşündən sonra “Neftçi”nin baş məşqçi postunu tərk edən Abdullayevin fəaliyyətini I divizionda davam etdirəcəyi dəqiqləşib.
Əsgər Abdullayev bildirib ki, “Turan Tovuz”la neçə illik müqavilə imzalayacağı hələ müəyyənləşməyib: “Komanda növbəti oyununu “Neftçala”ya qarşı keçirəcək. Mən də Neftçalaya gedəcəm və matçı tribunadan izləyəcəm. Neçə illik müqaviləyə qol çəkəcəyimiz bu görüşdən sonra bilinəcək. “Turan Tovuz”dakı fəaliyyətimə də məhz ondan sonra başlayacam”.
Tovuz təmsilçisində çalışacaq Əsgər Abdullayev “Neftçi”nin Müşahidə Şurasındakı fəaliyyətini bitirəcək: “Həm baş məşqçi, həm də başqa klubun Müşahidə Şurasının üzvü olmaq düzgün deyil. Hesab edirəm ki, mənim yerim meydançadı”.
Qeyd edək ki, Əsgər Abdullayev 2011-ci ildə də Tovuz komandasını çalışdırıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə