Premyer-liqa
“Neftçi” derbiyə tam heyətlə hazırlaşa bilmir
Topaz Premyer Liqasının 27-ci turunda “İnter”in qonağ?…
Topaz Premyer Liqasının 27-ci turunda “İnter”in qonağı olacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar martın 20-22-i aralığında istirahət edən “ağ-qaralar” ayın 23-də keçirdiyi bir məşqlə çalışmalara başlayıb.
Dünən və bu gün 2 dəfə məşq edən komandanın heyətində yalnız bir itki var. Qışda sıradan çıxan Kamran Nəcəfzadə hələ də komandaya qoşulmayıb. Bundan başqa əsas və 21 yaşlılardan ibarət millinin heyətində olan futbolçular da çalışmalarda iştirak etmir.
Qeyd edək ki, “İnter” – “Neftçi” görüşü martın 30-u “İnter Arena”da keçiriləcək.