Layihə
Millimizin rəqibi İngiltərəyə məğlub oldu
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komanda…
Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandaların bir neçə yoxlama matçı baş tutub. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin Antalyada (Türkiyə) Qazaxıstana 0:1 hesabıyla uduzduğu gündə DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən biri – Almaniya da meydana çıxıb.
Sözügedən ölkə yığması İngiltərə ilə üz-üzə gəlib. Millimizin rəqibi bu oyunda qələbəni əldən verməsi azmış kimi, sonda meydanı məğlubiyyətlə tərk edib – 2:3.
Matçda hesabı meydan sahibləri açıblar. Almanların heyətində ilk qolu 43-cü dəqiqədə Toni Kroos vurub. 57-ci dəqiqədə Türkiyənin "Beşiktaş" klubunun ulduz forvardı Mario Qomes hesab arasındakı fərqi artırıb. Amma 61-ci dəqiqədə britaniyalılar buraxılan qollardan birinin əvəzini çıxıblar. Matçın sonunda daha iki top vuran İngiltərə yığması əzmkar qələbəyə imza atıb – 3:2.