Ölkə futbolu
AFFA-nın yarımçıq çempionatı
Martın 24 və 25-də AFFA-nın təşkil etdiyi 15 və 16 yaşlılarda…
Martın 24 və 25-də AFFA-nın təşkil etdiyi 15 və 16 yaşlılardan ibarət futbolçuların yarışında növbəti turun oyunları keçirilib. Amma…
Futbolinfo.az xəbər verir ki, aradan 4 gün keçməsinə baxmayaraq, bu gün səhər saatlarına kimi qurumun rəsmi saytında matçların nəticələri açıqlanmamışdı. Məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə yarışlarının təşkili şöbəsinin rəisi Yusif Vəliyevlə əlaqə saxladıq. O, bunların texniki məsələ olduğunu bildirdi və yaxın vaxtlarda problemin həll ediləcəyini dedi.
Düzdü, U-15 liqasının nəticələri sonradan verilsə də, aradan bir neçə saat keçməsinə baxmayaraq, hələ də 16 yaşlıların oyunlarının nəticələri saytda əksini tapmayıb. Maraqlıdı ki, növbəti dəfə əlaqə saxladığımız Yusif bəy hələ də texniki məsələlərin həll olunmadığını bildirdi. Ona görə də sizə yalnız U-15 liqasının matçlarında qeydə alınan hesabları təqdim edirik. Amma AFFA keçirdiyi yarışın nəticələrini 4 gün ərzində sayta yerləşdirə bilmirsə, bu, artıq bacarıqsızlığın nəticəsidi.
U-15 Liqası
Sumqayıt – Zirə 1:2
Xəzər Lənkəran – Qarabağ 2:1
Neftçi İK İB (Bakı) – İnter PİK 0:2
AZAL – Vətən 1:1
Neftçi PFK – Bakı 8:0
Təhsil TFM – Neftçi İK İB (Siyəzən) 0:3 (-;+)
Kəpəz – Rəvan FK 4:1
Ağsu FK – Turan İB 3:0 (+:-)
Qəbələ – Gəncə TİM nəticə bəlli deyil
Sumqayıt – Zirə 1:2
Xəzər Lənkəran – Qarabağ 2:1
Neftçi İK İB (Bakı) – İnter PİK 0:2
AZAL – Vətən 1:1
Neftçi PFK – Bakı 8:0
Təhsil TFM – Neftçi İK İB (Siyəzən) 0:3 (-;+)
Kəpəz – Rəvan FK 4:1
Ağsu FK – Turan İB 3:0 (+:-)
Qəbələ – Gəncə TİM nəticə bəlli deyil