Ölkə futbolu
Kloze də Amerikaya gedir
Miroslav Kloze karyerasının Amerikada davam etdirə bilər. Futbolin…
Miroslav Kloze karyerasının Amerikada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, “Latsio”nun hücumçusu “Orlando Siti”nin maraq dairəsinə düşüb.
İtaliya mətbuatının yazdığına görə, 37 yaşlı forvard daha 2 il yaşıl meydanlarda top qovmaq niyyətindədi. Bunun üçündə onun ABŞ-a yollanacağı və futbolçu karyerasını orada başa vuracağı gözlənilir. Almaniya millisinin sabiq üzvü son qərarını mövsümün sonunda verəcək.
Qeyd edək ki, Kloze paytaxt təmsilçisinə 2011-ci ildə “Bavariya”dan transfer olunub.