Bizi izləyin

Layihə

Klublar uşaqlarımızın taleyini kimlərə tapşırıb? – LAYİHƏ

Layihələrimizə məhz uşaq futbolu ilə start verməyimiz bu sahəd…

blank
Layihələrimizə məhz uşaq futbolu ilə start verməyimiz bu sahədə olan problemlərin çoxluğu ilə bağlıdı. Çünki milliləşdirmə ilə bağlı danışan kimi yerli kadrların olmamasından gileylənir, legionerlərimizin olmamasından bəhs edən kimi yenə istedadlı uşaqların yetişməməsindən dəm vururlar; milli komandalarımız zəif oynayır – yenə hədəfdə uşaq futboludu.
 
Bəs, biz bu sahəni kimlərə tapşırmışıq ki, heç cür hansısa irəliləyiş əldə edə bilmirik. Gəncənin, Tovuzun, Mingəçevirin, Tovuzun, Bakının yetişdirib “Betis”ə, “Alaniya”ya, “Spartak”a, Moskva “Dinamo”suna, “Kayserispor”a, orta səviyyəli Rusiya və Türkiyə klublarına göndərdiyi istedadlar hanı? Bəlkə işi düzgün qurmamışıq, bu sahəni peşəkarlara tapşırmamışıq?
 
Elita klublarımızın hamısında uşaq komandaları var. Kifayət qədər xərc çəkilir, bəh-bəhlə yarışlar keçirilir, lakin "nəticə" deyəndə "Kərəmi ağlamaq tutur". Xüsusilə akademiyası olan bəzi klublarımızın işi müəyyən qədər seçilsə də, digərlərinin fəaliyyəti müəmmadı. AZAL və "Rəvan" kimi klublarda vəziyyət daha pisdi. Pullu vaxtında Afrikanın balta dəyməmiş ormanlarından qaradərili futbolçular gətirən və onlar üçün büdcədən kifayət qədər para xərcləyən bu iki klub indiyə kimi "papağı günə yandırıb". Danışanda ölkə futboluna töhfə verməkdən dəm vururlar, lakin rəqəmlərə üz tutanda nəticə "göz çıxarır".
 
İndi gəlin görək, klublarımızın aşağı yaş qruplarına hansı məşqçilər rəhbərlik edir və onların çalışdırdığı komandalar liqalarda hansı nəticələri göstərir.
 
1-ci yazı
 
Qarabağ
 
Başlayaq Premyer Liqamızın lideri "Qarabağ"dan. Görək elitada "at oynadan" ağdamlıların uşaq komandaları nə edir?
 
U-9: Elvin Həsənov – geniş publikaya tanış deyil. Lakin bu yaşda komandanı daha təcrübəli birinə tapşırmaq yaxşı olardı. Ümid edirik, Ağdam təmsilçisi seçimində yanılmayıb
 
U-10: Vüsal Rüstəmov, asistant: Aslan Kərimov – bu məşqçilərin rəhbərlik etdiyi 10 yaşlıların birinciliyində 17 oyuna 33 xal toplayıb və 8 komanda arasında 4-cü pillədə qərarlaşıb
 
U-11: İsa Fərzəliyev – 17 oyuna 34 xal toplayıb və 6 komanda arasında 3-cü pillədə qərarlaşıb
 
U-12: Araz Bağırov, asistant: Çingiz Bədəlov – 17 oyuna 25 xal toplayıb və 11 komanda arasında 6-cı pillədə qərarlaşıb
 
U-13: Elbrus Rzayev, asistant: Osman Rəhimov – 16 oyuna 24 xal toplayıb və 6 komanda arasında sonuncu pillədə qərarlaşıb
 
U-14: Xəyal Həsənov, asistant: Elnur Əliyev – 18 oyuna 28 xal toplayıb və 10 komanda arasında 7-ci pillədədi
 
U-15: Elşad Xudadatov – 30 oyuna 54 xal toplayıb və 18 komanda arasında 6-cı pillədədi
 
U-16: İlkin Hüseynov – 23 oyuna 46 xal toplayıb və 15 komanda arasında 4-cü pillədədi
 
U-17: Samir Musayev – 21 oyuna 44 xal toplayıb və 14 komanda arasında 4-cü pillədədi
 
U-19: Zaur Həşimov, asistant: Cavad Mirzəyev – 18 oyuna 20 xal toplayıb və 12 komanda arasında 6-cı pillədədi
 
Təəssüf ki, Elşad Xudadatov, Zaur Həşimov və Samir Musayev kimi tanınan veteran futbolçularla yanaşı çalışan digər məşqçilər o qədər də tanınanlar deyil. Onlar AFFA-dan müxtəlif dərəcəli lisenziyalar alıblar. Amma lisenziya almaq bir o qədər çətin iş deyil və onu əldə etməklə məşqçi olmaq olmur. Xüsusilə uşaq komandalarında keçmiş futbolçuların işləməsi yaxşı olardı. “Qarabağ”ın xeyri veteran var ki, ya işsizdi, ya da başqa klublarda çalışırlar. Halbuki onların hamısını işə cəlb etməklə ağdamlıları yaxın illərdə legioner asılılığından qurtarmaq olar.
 
Bir ay öncədən əldə etdiyimiz bu siyahıda dəyişikliklər mümkündü. Lakin klubdan aldığımız bu məşqçi adları “Qarabağ”da uşaq futboluna diqqətin liderə yaraşan səviyyədə olmamasının göstəricisidi. Yəəqin ki, ona görə baş məşqçi Qurban Qurbanovun övladı başqa bir klubda – “Neftçi”də futbolun sirrlərini öyrənir.
 
Qəbələ
 
U-7: Turxan Umudlu
 
U-9: Şəhriyar Kərimli
 
U-10: Anar Surxayev – 12 oyuna 36 xal toplayıb və 6 komanda arasında 1-ci pillədədi
 
U-11: Rakif Əliyev, U-11 (2): Namiq Əliyev – 13 oyuna 37 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
 
U-12: Zaur Hacıyev – 11 oyuna 31 xal toplayıb və 4 komanda arasında 1-ci pillədədi
 
U-13: Ülfət Mədətov – 16 oyuna 33 xal toplayıb və 6 komanda arasında 2-ci pillədədi
 
U-14: Famil Xəlilov – 18 oyuna 37 xal toplayıb və 10 komanda arasında 2-ci pillədədi
 
U-15: Xaqani Məmmədov – 29 oyuna 85 xal toplayıb və 18 komanda arasında 1-ci pillədədi
 
U-16: Yaşar Abuzərov – 23 oyuna 69 xal toplayıb və 15 komanda arasında 1-ci pillədədi
 
U-17: Emin İmaməliyev – 20 oyuna 53 xal toplayıb və 14 komanda arasında 2-ci pillədədi
 
U-19: Hüseynqulu Quliyev – 15 oyuna 40 xal toplayıb və 12 komanda arasında 1-ci pillədədi
 
“Qəbələ”də vəziyyət daha yaxşıdı. Bu klub veteranlarına dəyər verir və uşaqların gələcəyini onlara tapşırıb. Bu, nəticələrdə də özünü göstərir. Söhbət təkcə komandaların zirvədə qərarlaşmasından getmir. Son illər əsas komandaya yyüksələnlərin, eləcə də digər klublara təcrübə toplamaq üçün icarəyə göndərilənlərin sayında ciddi artım var. Akademiyanın fəaliyyətə başladığı gündən bu yana “Qəbələ” uşaq futbolunun inkişafı adına çox şey edib. Hətta AFFA-nın da nümunə götürəcəyi modeldi.
 
Zirə
 
U-10: Şahin Hüseynov – 17 oyuna 19 xal toplayıb və 8 komanda arasında sonuncu pillədədi
 
U-11: Şahin Şükürov – 17 oyuna 33 xal toplayıb və 6 komanda arasında 5-ci pillədədi
 
U-12: Zamir Həsənov – 17 oyuna 18 xal toplayıb və 11 komanda arasında 7-ci pillədədi
 
U-13: Şamil Adilov – ancaq bir dəfə qələbə qazana bilən komanda XV turdan yarışlarda iştirak etmir
 
U-14: Vüqar Adilov – 18 oyuna 7 xal toplayıb və 10 komanda arasında sonuncu pillədədi
 
U-15: Rəşad Hüseynov – 30 oyuna 63 xal toplayıb və 18 komanda arasında 5-ci pillədədi
 
U-16: Niyazi Rzayev – 24 oyuna 11 xal toplayıb və 15 komanda arasında 13-cü pillədədi
 
U-17: Ramin Həbibov – 22 oyuna 31xal toplayıb və 14 komanda arasında 7-ci pillədədi
 
U-19: Füzuli Məmmədov – 17 oyuna 38 xal toplayıb və 12 komanda arasında 2-ci pillədədi
 
AFFA-nın təşkil etdiyi uşaq liqalarındakı nəticələr hər şeyi deyir. Düzdü, komanda təzə yaranıb və ona çox yüklənmək lazım deyil. Bununla belə, yəqin ki, “Zirə” rəhərliyi də sıradan məşqçilərə deyil, veteranlara, əsl futbol görmüş adamlara güvənməyin fərqini görür. 1-2 veteran futbolçuya qucaq açan komandanı daha çox Füzuli Məmmədov sevindirir. Bu, həmin məşqçidi ki, “Rəvan”ın 19 yaşlılarını ölkə çempionu edəndən sonra haqsızlıqla üzləşmişdi. Lakin o, “Zirə”yə getdi və yenə məhəllələrdən, küçədən futbolçular tapdı, “sıfır”dan komanda qurdu, indi də qızıl medal üçün yarışır. Deməli, uşaqları sıradan adamlara deyil, bu işə can qoyan peşəkarlara tapşırmaq lazımdı.
 
Neftçi
 
U-6, U-7, U-8, U-9: İslam Kərimov, İsmayıl Hüseynov, Tural Kərimov
 
U-10: Ruslan Qafitulin – 17 oyuna 32 xal toplayıb və 8 komanda arasında 6-cı pillədədi
 
U-11: Emin Salmanov – 17 oyuna 43 xal toplayıb və 6 komanda arasında 1-ci pillədədi
 
U-12: Vaqif Əliyev – 17 oyuna 42 xal toplayıb və 11 komanda arasında 1-ci pillədədi
 
U-13: Aqil Korçiyev – 16 oyuna 30 xal toplayıb və 6 komanda arasında 5-ci pillədədi
 
U-14: Eldəniz Məmmədov – 18 oyuna 52 xal toplayıb və 10 komanda arasında 1-ci pillədədi
 
U-15: Arslan Quliyev – 30 oyuna 72 xal toplayıb və 18 komanda arasında 4-cü pillədədi
 
U-16: Bəhram Şahquliyev – 22 oyuna 50 xal toplayıb və 15 komanda arasında 2-ci pillədədi
 
U-17: Elşad Əhmədov – 22 oyuna 57 xal toplayıb və 14 komanda arasında 1-ci pillədədi
 
U-19: İqor Getman – 15 oyuna 32 xal toplayıb və 12 komanda arasında 4-cü pillədədi
 
Daha bir nümunə göstərilə biləcək mənzərə. “Neftçi” tanınan veteranları ilə həqiqətən iş görür. Düzdü, Bakı klubunda da təsadüfi adamlar var, ancaq əksəriyyət ölkə futbolunda can qoyan insanlardı, onların komandaları isə uğurlu çıxış edir. Təbii ki, uşaq futbolunda nəticə önəmli deyil, əsas olan yaxşı ehtiyyat qüvvə yetişdirilməsidi, ancaq nəticəni də elə istedadlar gətirir. Əsas komandaya gənclərin ayaq açması da işin düzgün qurulmasının göstəricisidi. Bununla belə, bakılılar da akademiyanın fəaliyyəti baxımından çox axsayır, ümid edirik, klubun yeni bazası istifadəyə veriləndən sonra əsl futbolçu fabrikindən danışa biləcəyik. Bunun üçün “Neftçi” parallel olaraq, məşqçilərinin səviyyəsinin qaldırılması məsələsinə də diqqət etməlidi. Onlar kurslara, seminarlara göndərilməli, bu sahədə ad çıxarmış klublarda təcrübədə olmalıdılar. Bu cümlələr bütün klublar üçün keçərlidi.
 
AZAL
 
U-10: Tural Hüseynov – bir oyunda belə qələbə qazanmayan komanda XIII turdan yarışlarda iştirak etmir
 
U-11: Tural Hüseynov – ancaq 1 dəfə qələbə sevinci dadan komanda XV turdan yarışlarda iştirak etmir
 
U-12: Əli Məmmədov – 17 oyuna 9 xal toplayıb və 11 komanda arasında 9-cu pillədədi
 
U-13: Vladislav Ledyayev – ancaq "Bakı 008" (Bakı) üzərində qələbə qazana bilən komanda XV turdan yarışlarda iştirak etmir
 
U-14: Şahin Zeynalov – bir dəfə belə qələbə sevinci yaşamayan komanda XI turdan yarışlarda iştirak etmir
 
U-15: Zəfər Hüseynov – 30 oyuna 23 xal toplayıb və 18 komanda arasında 14-cü pillədədi
 
U-16: Ceyhun Əhmədov – 24 oyuna 9 xal toplayıb və 15 komanda arasında sonuncu pillədədi
 
U-17: Elşad Məmmədov – 21 oyuna 16 xal toplayıb və 14 komanda arasında 11-ci pillədədi
 
U-19: Mais Əzimov – 18 oyuna 15 xal toplayıb və 12 komanda arasında 9-cu pillədədi
 
AZAL-da vəziyyət fiaskodu. İş o qədədr bərbad qurulub ki,  komanda qışdan çıxmayıb. Komandanın məşqçi siyahısı isə “göz oxşayır”. Ən yaxşı nəticə – ona da yaxşı demək olarsa – Mais Əzimovdadı. Çünki o, digərləri kimi yoldanötən deyil, futbolçu karyerası olub, bu işin əlifbasını bilir. Bir müddət əvvəl hətta qohumlarına komanda həvalə edən, uşaqların taleyini tapşıran klub rəhbərliyi vəziyyəti düzəltməsə, həmişə hazır futbolçuya xərc çəkməli olacaq. Bu yolla isə ölkə futbolunun inkişafına töhfə vermək mümkün deyil.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm