Bizi izləyin

Layihə

Vaqif Paşayev AFFA-nı "bombaladı": "Bizdə 14 gün oxumaqla məşqçi olurlar" – LAYİHƏ

Yeni layihəmizlə bağlı uşaq futbolu üzrə tanınmış m&uuml…

blank
Yeni layihəmizlə bağlı uşaq futbolu üzrə tanınmış mütəxəssis, ölkəmizə bir çox sayılıb-seçilən futbolçular qazandırmış Vaqif Paşayevlə söhbətləşdik. Hazırda "Sumqayıt"ın U-19 komandasında çalışan 63 yaşlı məşqçi futbolinfo.az-a müsahibəsində uşaq futbolu ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi.
 
“Prezident, vitse-prezident futbolçu yetişdirə bilməz”
 
– Hazırda "Sumqayıt"ın 19 yaşlı futbolçulardan ibarət komandasına rəhbərlik edirsiniz. İşləriniz necə gedir? Sizi qane etməyən nəsə var?
– Əvvəla onu deyim ki, işimiz pis getmir. Baxmayaraq ki, hazırda 8-ci yerdə gedirik, lakin mənim 8-9 futbolçum əvəzedici komandada oynayır. Əvəzedici komandamıza o qədər uşaq vermişik. Həmçinin MOİK-də iki futbolçum oynayır, biri əsas komandamızda çıxış edir. Ona görə də mən bu qədər oyunçumu itirmişəm, onlar yuxarı liqalarda oynayır. Bu gün 6, 7, 8-ci yerdə gediriksə, nəticə mənim üçün ikinci plandadı. Əgər birinci yerdə getsəydim, o qədər oyunçu yetişdirə bilməzdim. Biz adətən oyunun gözəlliyini, baxımlılığı qırağa atırıq. Çünki oyunçularımıza "at qabağa, hücuma çıx, qol vur" desək, nəticə olacaq, lakin futbolçu yetişdirə bilməyəcəyik. Hazırda iş prinsipim yuxarıya oyunçu verməkdən ibarətdi. Mən həmişə belə işləmişəm. Məndə Rəşad Sadıqov, Ceyhun Sultanov kimi oyunçular yetişib. Hamısının adını bir-bir çəkmək yaxşı olmaz. Mən nəticə üçün oynasaydım, milliyə bir futbolçu belə qazandıra bilməzdim. Yəni bu gün Rəşad Sadıq olmayacaqdı, heç Ceyhun da o səviyyəyə çıxmazdı. Bu gün bizim ən böyük bəlamız başqadı. O gün oxuyuram ki, 506 məşqçi kateqoriya alıb. Onların hamısı da uşaq liqalarında nəticəyə işləyir. Onların qarşısına tələb qoyurlar ki, uda bilmirsən, ərizəni yaz, çıx, get.  Bəs gələcəkdə millimizdə kim oynayacaq? Eddi İsrafilov, o birilər, bu birilər? Bu gün aşağıdan milli üçün yetişən oyunçular görmürəm.
 
– Bəs infrastruktur baxımından vəziyyət necədi?
– "Sumqayıt"da uşaq futbolu yaxşı vəziyyətdədi, bizdə yerli uşaqlar oynayır. "Qəbələ"ni tərifləyirlər – orada bir dənə də qəbələli uşaq oynamırsa, necə olacaq? Azərbaycanın bölgələrindən ən yaxşı uşaqları seçib, akademiyalarına aparıblar. Necə olur ki, onların uşaq komandalarının çoxu hər il çempion olur, lakin əsas komandanın baş məşqçisi Roman Qriqorçuk Avropa Liqası matçında meydana ancaq bir azərbaycanlı futbolçu buraxır. O futbolçu da kluba gəlməmişdən əvvəl heç bilmirdi ki, Qəbələ harada yerləşir. Nəyə lazımdı belə çempionluq? Medal lazımdırsa, mən də alıb verim uşaqlara. Söhbət ondan getmir. Məsələ burasındadır ki, sabah əsas milli komandamızda kimlər oynayacaq? 6 yaşlı uşaq komandasından yuxarı yaşlaradək – hamı milliyə işləməlidi. Lakin Premyer Liqada çıxış edən komandalar nəticə üçün mübarizə aparmalıdı. Elita komandalarından aşağıdakılara deyilməlidi ki, milli üçün iş aparılsın. Milli üçün uşaq yetişdirilənlərə isə bir dəfə də olsa, çağırılıb, "sağ ol" deyilməlidi. AFFA prezidenti Rövnəq Abdullayevdən soruşsalar ki, “Vaqif Paşayev kimdi” tanımayacaq. Lakin Rəşad Sadıqovu tanıyırlar. Bəs onları kim yetişdirir? Bunu bilmirlər. Bilirsiz adama nə təsir edir? Mənim 63 yaşım var, nə qədər futbolçular yetişdirmişəm… Onlar mənim üçün nəsə ediblər? Yox. Çünki mən Azərbaycan üçün yetişdirmişəm. Lakin AFFA bu futbolçulardan istifadə edirsə, bir dəfə də soruşsun ki, bu futbolçuları yetişdirən kimdi? Bilmirlər ki, bunlar can yandıra-yandıra futbolçu yetişdirirlər. Top olmayanda cırılmış topları tikirdik. Bunları heç kim soruşmur. Bəs, futbolçu necə yetişəcək? Bu barədə çox problem var. Soruşun ki, kim nə yetişdirib? Ceyhun 9, Rəşad 8, Saşa Yunusoğlu və Vaqif Cavadov da 4 il məndə olublar. MOİK-də isə əlimdən 50-yə yaxın oyunçu keçib. Onların hamısı da millinin, gənclər yığmasının oyunçuları olub. Demirəm ki, onları mən yetişdirmişəm, deyirəm əlimdən keçiblər. Verin 15 yaşlı yığmanı mənə, görün necə düzəldirəm. Lakin onu mənə verməzlər. Çünki bilirlər ki, oradan elə-bilə uşaq keçə bilməz, ancaq oynayan uşaqlara güvənəcəm. Ona görə də mən lazım deyiləm. Yenə deyirəm, bizdə uşaq futbolu var, bizim uşaqlar bəlkə də Avropada 1 nömrədi. Lakin onları heç bir prezident, vitse-prezident yetişdirə bilməz, onları əsl məşqçilər yetişdirə bilər. Bizdə gedib, 14 gün oxumaqla məşqçi olurlar.
 
“Bir nəfər soruşmur ki, sən U-17 yığmasında bu qədər uşaq götürmüsən, lakin onların heç biri əsas yığmaya gedib çıxmayıb”
 
– Biz hər tur uşaq futbolunda qeydə alınan nəticələri saytımızda veririk. Elə nəticələrə rast gəlirik ki, adam məətəl qalır – 27:0, 26:0. Bu, uşaq yetişdirməkdi, ya gözdən pərdə asmaq?
– Mən o komandaları elə də görməmişəm və onları yarışlara kimin buraxdığını da bilmirəm.
 
– Mərkəzi Aran regionunda, Cənub regionunda belə fantastik hesablara rast gəlirik…
– Yenə deyirəm, bizim uşaq futbolunda nəticə ön planda olmamalıdı. Uşaq futbolunda əsas nəticə odur ki, onlar sabah əsas millidə oynayacaq, ya yox. Necə olur ki, 15, 16 yaşlı yığmalara düşən futbolçular əsas milliyə gedib çıxmırlar? Bilirsiz, biz nə qədər belə uşaqlar itirmişik? Bir nəfər soruşmur ki, sən U-17 yığmasında bu qədər uşaq götürmüsən, lakin onların heç biri əsas yığmaya gedib çıxmayıb. Bəs, necə seçim edirlər? Deməli, sən düzgün seçim etmirsən, necə seçim ediləcəyini bilmirsən.
 
“Məşqçilər Komitəsində məndən çox bilən var?”
 
– Əsas millini müəyyən qədər başa düşmək olar ki, milliləşdirmə olur. Bunu digər ölkələrin millilərində də müşahidə etmək mümkündü. Lakin aşağı yaş qrupundan olan yığmalara əcnəbi futbolçular gətirilməsini necə izah edə bilərsiz? Belə çıxır klublarımızın uşaq komandalarında ümumiyyətlə, iş getmir…
– Guya həmin əcnəbilərlə çempion olsalar, nə olacaq ki? Lakin 17 yaş da gecdi. Daha aşağı yaşlardan uşaqları yetişdirmək lazımdı. Misal üçün, hazırda "Sumqayıt"ın 15 yaşlılarında bir oyunçu var, lakin adını çəkməyəcəm. Çünki adını çəksəm, pozula bilər. Həmin futbolçunun yeri ora deyil. O, 2-3 yaş yuxarı komandalarda çıxış edə biləcək potensialdadı. Qabağa çəksələr, irəliləyər. Çünki o, 15 yaşlılarda yarım gücü ilə oynasa da, hamısından üstün olacaq. Bununla məşğul olan komitə olmalıdı. Bizdə komitə (AFFA Məşqçilər Komitəsini nəzərdə tutur – red.) yaradıblar, gedib əsas millinin oyunlarını izləyirlər. Bu, nəyə lazımdı? Məgər Robert Prosineçki sənin sözünlə oturub-duracaq? Necə olar ki, orada bir dənə də uşaq məşqçisi olmur? Gedib əsas millinin oyununa baxmaqla, Antalyanı gəzib gəlməklə nə dəyişəcək? O komitədə ən azından iki uşaq məşqçisi olmalı idi. Elə məşqçilər ki, 25-30 il uşaqlarla işləmiş, futbolçular yetişdirmiş, bu barədə Azərbaycan futbolunda iz qoymuş insanlardı. Amma belələrini yaxın buraxmırlar. Misal üçün, niyə məni oraya çağırmırlar? Guya, orada məndən çox bilənlər var?
 
“Uşağa "qoyun", "çoban" deyəndən  necə məşqçi olar?”
 
– Bayaq qeyd etdiyiniz kimi, sizin rəhbərliyiniz altında Rəşad Sadıqov, Ceyhun Sultanov kimi futbolçular yetişib. Üstəlik, o vaxt klublarda maddi imkan çox zəif idi. Bəs, indi niyə ortada heç kim yoxdu? Futbola uzun illər investisiya qoyuldu, amma biz “Trabzonspor”dan gələn əcnəbilərin ümidinə qalmışıq.
– Yenə deyirəm, əsas futbolçunu yetişdirən məşqçidi. 14 günə kateqoriya alan məşqçi heç cür futbolçu yetişdirə bilməz. Çünki futbolçu yetişdirmək üçün 2-3 elm bilməlisən. Onu qeyd edim ki, bizdə məşqçi-pedaqoq yoxdu. Məşqçi psixologiyanı bilməlidi. Bilməlidi ki, hansı uşağa necə yanaşmaq lazımdı. Hansı psixologiya bilir? Hamısı qışqırır. Uşağa "qoyun", "çoban" deyəndən  necə məşqçi olar? Özündə olan çatışmazlığı, problemi uşağın üstünə atır. Lakin bizim vaxtımızda daha səviyyəli məşqçilər olub. Onlar uşağa baxanda uşaq da hörmət saxlayırdı. Lakin indi uşaqlar məşqə gələndə görək özlərini necə aparırlar? Onalar necə futbolçu olacaqlar? Həmin uşaqları sabah Avropaya aparsalar, layiqincə təmsil etmək nədi, ölkəmizin adını batıracaqlar. Çünki özünü apara bilmirlər.
 
– Dünyaca məşhur "Ayaks" klubunun uşaq futbol akademiyasında belə bir tələb var ki, aşağı yaş komandalarındakı uşaqlar məşqlərlə birgə təhsillərindən də geri qalmamalıdırlar. Təbii ki, qidalanmaya və istirahətə də xüsusi diqqət ayırılır. Bu məsələnin futbolçunun gələcək karyerasına böyük ölçüdə təsir etdiyi deyilir. Bəs bizdə bu məsələlərə necə əməl olunur?
– Bilirsiz, bu barədə başqa yerlərdə də demişəm. Söhbət akademiyadan gedir. Necə ki, bir gənc hərbi akademiyaya daxil olur və orada rütbəcə yüksələrək, generala kimi gedib çıxır. Futbolda da belə olmalıdı. SSRİ vaxtı bizdə xüsusi məktəblər vardı. SSRİ yığmasına gedənlər, ən güclü futbolçular oradan yetişib. Orada idman inistutunu (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) ilə üzbəüz 200 nömrəli məktəb yerləşirdi. Uşaqlar səhər-səhər ora gedib, 2-3 dərs keçirdilər. Həmin dərslərdən sonra gəlirdilər məşqə. Məşqdən çıxıb, üzbəüz yerləşən yeməkxanada yeməklərini yeyirdilər, təzədən məktəbə qayıdırdılar yenə də dərslərini keçib, gəlirdilər məşqə. Məşq bitəndən sonra da evə gedirdilər. Onu da bildirim ki, uşaq pis, ya yaxşı oxuyanda valideyinini yox, məşqçisini çağırırdılar. Uşaq da qorxurdu ki, birdən pis oxuyaram, məni məşqdən kənarlaşdırarlar. Amma indi mən valdeyinə deyə bilmərəm, filan yeməkləri ver. Deyər ki, mən nəyi bacarıram, onu da uşağa verirəm. "Ayaks" akademiyasında isə görürlər perspektivli uşaqdı, götürürlər. Uşaq da akademiyada qalır və yeməyi, istirahəti, yəni hər şeyi vaxtında, lazımınca olur. Həmişə məşqçinin gözünün qabağında olur və həmin uşaqlara da nəzarət edə bilirlər. Bizdə uşaq gəlib saatyarım məşq keçir, sonra çıxıb gedir. Nə ilə məşğul olur, yemək yeyir-yemir, istirahət edir-etmir – bunlardan xəbərimiz olmur. Belə olan halda necə deyə bilərik ki, ondan yaxşı futbolçu çıxacaq? Ola bilər ki, uşaqda Allahın vergisi ola və belə şəraitdə nəsə edə bilə. Sizin dedikləriniz akademiyada olur. Biz uşağı başlı-başına buraxırıq, sonra da deyirik ki, ondan Messi olsun. Əgər Messi Argentinada qalsa, çox futbol oynamazdı. Messini Barselonaya gətirdilər, müalicə etdilər, hər dəqiqə ona fikir verdilər. Bunları etmək üçün də yaxşı mütəxəssislər və akademiya olmalıdı.
 
"Bizdə hamısı özünü professor hesab edir"
 
– Sizdən nəsə öyrənmək istəyən olub?
– Mən xarici ölkələrin praktikası ilə çox maraqlanıram. Moskvada 600 məşqçini 1, 3, 6 aylıq yaxşı klublara təcrübəyə göndərirlər. Yəni bir günlük yox. Onlar orada yaşayırlar, təcrübə keçirlər və hər şeyi öyrənirlər. Belə etməlisən ki, təcrübə qazanandan sonra də gəlib, burada futbolçu yetişdirsin. Bilirsiz, bu, 1 günün, 5 günün işi deyil, burada ciddi iş aparılmalıdı. SSRİ vaxtında mənim güclü məllimlərim olub və  görən kimi yapışırdım, onlardan və soruşurdum ki, o necə olur, bu necə olur. Lakin bu gün… Açığını deyim, cavan məşqçilər gəlib soruşmurlar ki, Vaqif müəllim, bunu necə edim? Yaxud gedək oyun kasetinə baxaq, mənə filan şeyləri izah edin. Ona görə ki, bizdə hamısı özünü professor hesab edir, hamısı bilir. Amma nəyi bildikləri müəmmalıdı, görünmür. Nəsə soruşmağı özlərinə sığışdırmırlar. Bir məşçi mənə deyirdi ki, Vaqif müəllim, bunlara niyə nəsə deyirsən? Qoy belə də qalsınlar. Belə olanda biz həmişə yuxarıda olacağıq. Mən də deyirəm ki, a kişi, mən bunu goruma aparmayacağam ki? Mən də kimdənsə öyrənmişəm və soruşsunlar, bunlara da deyim də. O günləri Respublika stadionuna getdim, 7-8 yaşlı uşaqlardan ibarət komandalar pynayırdı. Baxırsan ki, bəlkə də Braziliyada belə istedadlı uşaqlar yoxdu. Lakin məşqçilərin biri burdan, digəri o biri tərəfdən qışqırır: "ay, "çurban", ay, qoyun". Oyundan sonra ikisini də çağırıb dedim ki, heç belə də iş olar? O, "çurban"dısa, qoyundusa, bəs siz kimsiz? Mənə deyir ki, necə yəni, Vaqif müəllim? Mən də dedim ki, sən uşağa "qoyun" deyirsənsə, bəs sən kimsən? Onda sən də çobansan da. Bu uşaqları niyə məhv edirsiz axı? Hamısı çalışır, udmağa. Bu uşaqlara indidən yol göstərməsən, heç nə bilməyəcəklər. Sabah onlar mənim yanıma, yəni 19 yaşadək komandalara gəldikdə isə onlara yenidən dərs keçməliyik. Vallah, bu uşaqlar yazıqdı.
 
“Yetirmələrimdə hər şey var, amma məndə heç nə yoxdu”
 
– Bəs, çıxış yolu nədi?
– Bilirsiz, belə məsələləri qabartmaq, həll etmək lazımdı. İndi bu gün mən "Sumqayıt"da işləyirəm. Klub prezidentimiz Kamran Quliyev sağ olsun ki, məni dəvət edib. Düzdü, adam özündən danışmaz, lakin mən Azərbaycan futbolunda ən güclü məşqçiyəm. Məcburam, bunu deyim. Mən yetişdirdiyim futbolçuların üstündə 2 gün işləməmişəm, 8 il iş olub. Amma gənc məşqçilər məndən nəsə soruşmağa utanırlarsa, özlərini məndən yuxarı sayırlarsa, Allah canlarını sağ etsin. Görək də, onlarla bizim gələcəyimiz olmayacaq. Çünki işi bilmək lazımdı. Hamısı özünü padşah sayır. Necə ki, bu gün Premyer Liqada hamı çempionluq üçün oynayır… Bütün komandalar çempionluq üçün necə oynaya bilər? 5-i çempionluğa oynayanda, 5-i ortada olar, 5-i autsayder olar. Danışmaq üçün çox şeylər var. Mən Azərbaycan futbolunda can yandırmışam. Mən bu sahədə işləyə-işləyə nə ev, nə də maşın almışam. Yetirmələrimdə hər şey var, amma məndə heç nə yoxdu. Mən təmiz pula işləmişəm. Bir uşaq deyə bilməz ki, mən ondan 1 manat top pulu, nə bilim, başqa pul almışam. Ancaq maaşla yaşamışam. İndi baxırsan, dünənki uşaq məşqçi işləyir, iki gündən sonra bahalı maşın sürür. Ancaq mən onunla deyil, yetişdirdiklərimlə seçilmək istəyirəm.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm