Milli komanda
Rəcəb Fərəczadə milli karyerasını başa vurdu – FOTO
Futzal üzrə Azərbaycan yığmasının veteran futbolçusu…
Futzal üzrə Azərbaycan yığmasının veteran futbolçusu Rəcəb Fərəczadə milli karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisinin Hollandiya ilə Bakıdakı cavab pley-off matçı öncəsi Fərəczadənin yığmadan gedişi xüsusi qeyd olunub.
Belə ki, qarşılaşmanın start fiti ərəfəsində AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Rəcəbi millidəki zəngin karyerası münasibətilə təbrik edib, ona təşəkkürünü bildirib. Onlar Fərəczadəyə milli komandamızın 7 nömrəli formasını da hədiyyə ediblər.