Milli komanda
Azərbaycan Avropanın altı təmsilçisindən biri oldu
2016-cı ildə Kolumbiyada təşkil olunacaq futzal üzrə dü…
2016-cı ildə Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çempionatında Avropanı təmsil edəcək altı komandanın adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bunlar Azərbaycan, İspaniya, Rusiya, Qazaxıstan, Ukrayna və Portuqaliya yığmalarıdır.
Rusiya cavab oyununda Belarusla doğma meydanda sülh bağlayıb – 2:2 (ilk oyun – 4:1), Qazaxıstan Polşanı darmadağın edib – 7:0 (1:1), Azərbaycan Hollandiya ilə sülh bağlayıb – 4:4 (5:1), Ukrayna Slovakiyanı yenə darmadağın edib – 5:1 (6:0), Portuqaliya Serbiyanı yenə eyni hesabla üstələyib 2:1 (2:1), İspaniya isə Sloveniyaya məğlubiyyətin əvəzini çıxıb – 5:1 (0:1).
Avropanı mundialda təmsil edəcək daha bir komandanın adına İtaliya – Macarıstan görüşündən sonra aydınlıq gələcək. Bu komandalar arasındakı ilk görüşdə italyanlar 3:0 hesabıyla üstün olublar.