Dünya futbolu
Zidanın "Volfsburq"la matçda şalvarı cırıldı – VİDEO
İspaniyanın "Real" klubunun baş məşqçisi Zinədi…
İspaniyanın "Real" klubunun baş məşqçisi Zinədin Zidan UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Almaniya "Volfsburq"una qarşı keçirdikləri cavab oyununda (3:0, ilk oyun 0:2) arzuolunmaz vəziyyətlə üzləşib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində Kərim Benzemanın əla qol şansını boşa verməsi 43 yaşlı mütəxəssisi özündən çıxarıb.
Həmin anda buna etiraz etməsi isə Zidana baha başa gəlib. Belə ki, onun şalvarı partlayıb. Həmin anın videosunu təqdim edirik: