Dünya futbolu
Rüfət Dadaşovun klubu 6 cavabsız qola üzüldü
Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Berliner AK 07" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun böyük hesablı məğlubiyyət ilə başa çatıb – 0:6. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 52-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.