Ölkə futbolu
"Kəpəz" – "İnter": 2-ci hissəyə proqnoz
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən "Kəpəz" – "İnter" görüşündə baş hakim Əliyar Ağayevin qonaqların qapısına təyin etdiyi və Tural Axundovun yararlandığı penalti şübhəli idi. Futbolinfo.az xəbər verir ki, Elnur Abdullayevin etdiyi qayda pozuntusu cərimə meydançası kənarında baş vermişdi.
Maraqlıdı ki, FİFA referisi həmin epizodda Abdullayevə sarı vərəqə vermədi. Böyük ehtimalla gənc referi Elnurun passivində bir "sarı"nın olduğunu nəzərə aldı və futbolçunu meydandan qovmamağı qərara aldı.
Amma cərimə zərbəsi əvəzi penalti təyin edən Əliyar Ağayev fasilədə epizodun təkrarına baxıbsa, ehtimal ki, fasilədən sonra günahını yumağa çalışacaq. Fasilədən sonra baş hakim qonaqlara simpatiya bəsləsə, təəccüblənməyin.
Qeyd edək ki, ilk yarıdan sonra Gəncə təmsilçisi 1:0 hesabı ilə öndədi.