Bizi izləyin

Layihə

AFFA üçün Belçika nümunəsi – LAYİHƏ

Uşaq futbolu ilə bağlı layihəmizə start verərkən xarici təcr&…

blank
Uşaq futbolu ilə bağlı layihəmizə start verərkən xarici təcrübənin öyrənilməsinin də vacibliyini vurğulamışdıq. Uğur gətirən modellərə diqqət yetirib, onların ölkəmizdə də tətbiqini təklif etməyi lazım bilirik.
 
Bu dəfə Belçika futbolundan, bu ölkədə uşaq futbolunun inkişaf etdirilməsi modelindən bəhs edəcəyik. Zənnimizcə, AFFA-nın da dərs götürəcəyi məqamlar var.
 
***
 
Zəngin ənənələrə malik Belçika futbolu həmişə Avropada öncüllərdən olub. Düzdü, “qırmızı iblislər” heç vaxt dünya və qitə çempionu ola bilməyib, buna baxmayaraq, final mərhələlərində müntəzəm yarışıb.
 
80-ci illərdə Enzo Şifo, Jan-Mari Pfaff, Erik Qerets, Yan Kulemans, 90-cı illərdə Mark Vilmots, Mişel Prüddom, Lük Nils kimi futbolçular bəxş edən “qırmızı-qaralar” 2000-ci illərdə əyləci basdılar. Amma burada təccüblü heç nə yox idi. Çünki Belçika istedadlı futbolçularının Fransa və Hollandiyanı seçməsinə əngəl ola bilmirdi.
 
Qitənin güclüləri sırasında yer alan komanda birdən-birə ortabab komandaya çevrildi. Amma belçikalı futbol rəsmiləri bu dərin böhrandan çıxış yolu tapa bildilər. Belə vəziyyətdə Belçika Futbol Federasiyasının futbol direktoru Migel Şablon maraqlı bir layihə hazırladı. O, ilk növbədə Fransa modelini incələyib, hər il bu ölkə ilə futbolla bağlı toplantılar keçməyə başladı. Ardınca Hollandiya və Almaniya rəsmiləri ilə görüşən Sablon bu ölkələrlə də fikir alış-verişinə başladı.
 
O, həmin vaxtları belə xatırlayır: “Klublarımız uğursuz çıxış edirdi, milli komandamız isə yaxşı nəticələr qazana bilmirdi. İspaniya və Fransa kimi nəhəng futbol ölkələri ilə ayaqlaşmırdıq. Beləcə, 2002-ci ildən sonra Fransanı yaxından incələməyə başladıq. Onlarla ildə 2 dəfə toplantı keçirirdik. Eynisini Hollandiya ilə etməyə başladıq. Müəyyən bir vaxt isə Almaniyayla da fikir mübadiləsi apardıq. Ovaxtlar sanki yox idik, əsas və aşağı yaş qrupları üzrə milli komandalarımız sürünürdü”.
 
Daha sonra bütün dövrləri dəftərçəsinə qeyd edən Sablon, Belçika futbolunu xilas etmək üçün yeni resept hazırladı. Bu resept Belçikadakı bütün əsas və aşağı yaş qrupu üzrə komandalarını narahat etsə də, Sablon inqilab etmək üçün məsuliyyəti üzərinə götürdü. Götürdüyü qeydləri kitabça halına salan Sablon bunu klub, milli komanda və uşaq komadalarının baş məşqçilərinə ötürdü:
 
“Braşür kimi bir şey hazırladıq. Əslində, buna kitabça da demək olar. Texniki departamentdən bir qrup olaraq, baş-başa verib, 3 istiqamətdə çalışdıq: klublar, yığma komanda və aşağı yaş qrupu üzrə çalışdırıcılar. İlk olaraq, klublara baş çəkdik və 18 və daha aşağı yaş qruplarından ibarət komandalarda 2 cinah oyunçulu, 3 yarımmüdafiə, 4 müdafiəçidən ibarət 4-3-3 sexmində çıxış etmələrini istədik”.
 
Klubların məşqçiləri ilə toplantılar təşkil edən Migel Şablon, hamısından 4-3-3 sisteminə keçməyi istədi. Eyni şeyi aşağı yaş qrupu üzrə komandalardan da istəyən futbol funksioneri illərlə davam edən bu tələbini həyata keçirdi. “Anderlext” və “Standart” kimi daim uğura can atan komandalara istəyini keçirməklə “4-3-3 sistemindən istifadə edib, yeni oyunçular yetişdirməlisiniz” tələbini qoyan mütəxəssis əziyyətinin bəhrəsini 5 il sonra gördü: “Hamının bu anlayışı qəbul etməsi 5-6 il davam etdi. Çünki bir çox klub rəhbərliyinin ağlında ancaq qələbə qazanmaq istəyi idi. Bu da futbolçu yetişdirmək üçün çox yanlış bir anlayışdı. Vaxt keçdikcə, bu metodun işə yaradığını hamı gördü. Uşaq məşqçilərini illərdi ki, tanıyırdıq və onları bunu özümüzdən uydurmadığımıza inandıra bilmişdik”.
 
Belçika futbolunun daha yüksək pillələrə gəlməyini istəyən Sablon təkcə dəftərçəsi ilə kifayətlənmədi. Elmi analizlər apararaq, 1500 matçı mütəxəssislərə təhlil edərək əldə etdiyi nəticələr sayəsində uşaq futbol məktəblərinə məlumat verilməsini təmin etdi. Bu hesabatlardan sonra gəlinən qənaətlərə əsasən, gənc oyunçuların məşq metodunda dəyişikliklər edildi. Beləliklə hər komandada 5 nəfər olmaqla oynanılan matçlardakı heyəti addım-addım 11-ə kimi genişlədirdilər.
 
Belçikalılar 2000-2005-ci illər aralığında edilən bu dəyişiklər və yatırılan 50 milyon avronun bəhrəsini 2007-ci ildə görməyə başladılar. Həmin vaxt Eden Hazard, Kristian Bentekenin də şərəfini qoruduğu komanda 17 yaşlılar arasında Avropa çempionatında ilk “4-lük”də yer aldı. 1 il sonra isə Vensan Kompani, Maruan Fellaini kimi futbolçularla Belçika U-23 komandası Pekin Olimpiadasında yarımfinalçı oldu: “Gördüyümüz işlər bəhrəsini verirdi. Fellaini, Hazard, Yan Vertongen və Tomas Vermalen kimi oyunçular hələ 17-18 yaşındaykən də yaxşı futbolçular idi. Amma əminəm ki, gənc oyunçu yetişdirmə sistemində etdiyimiz dəyişikliklər onları daha da yaxşı etdi. Bunun sayəsində indiki səviyyədəilər”.
 
Belçikada bu uğurun daha da inkişaf etməsinə səbəb olan digər hadisə isə 2002-ci ildə edilən yeni televiziya yayın hüquqlarından sonra klublara əvvəlkindən 5 dəfə çox pul keçməsi də səbəb olub. Məhz buna görə klublar gələcək planlarını qurub və yeni bazalarına investisya yatırıb.
 
Çəkilən bu qədər əziyyətin qarşılığında Belçikada Vensan Kompani, Eden Hazard, Maruan Fellaini, Kristian Benteke, Yan Vertongen, Musa Dembele, Naser Şadlı, Tomas Vermalen, və Romelu Lukaku kimi futbolçular yetişdirməyə nail olurlar. Demək olar ki, Sablonun yetişdirdiyi bu futbolçuların hamısı ölkə xaricində top qovur.
 
2010-cu ilin oktyabrında FİFA-nın reytinq cədvəlində 57-ci pillədə olan Belçika hazırda 2-ci yerdədi. Onlar hətta ilk pillədəki mövqeyini bu ay əldən verib.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm