Premyer-liqa
Svanadze: “İlk üçlüyə düşməyi çox istəyirik"
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Prem…
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Qarabağ”la oyuna adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik. Yaxın 3 oyunu məhz “Qarabağ” komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq, yaxşı oynamağa çalışacağıq.
Rauf Əliyevi nöbvəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdır. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidir. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun “Qarabağ”la oyuna çıxacağı hələlik sual altındadır. Kamran Ağayev də komandayla birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik.
Çətinliklər var, amma biz ilk üçlüyə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq