Ölkə kuboku
Azərbaycan kuboku: 1/2 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinə start veril…
Bu həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, aprelin 27-də kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/2 final oyunlarına çıxacaq.
Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin kubok yarışlarındakı əvvəlki duellərinin balansını təqdim edir.
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)
1/2 final, ilk oyunlar
27 aprel (çərşənbə)
16. “İnter” – “Qarabağ” – 5 oyun, +2=1-2, top fərqi 5:4
Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda “İnter” qalib gəlib. Yeganə final matçında isə “Qarabağ” üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, “İnter” evdə quru hesablı qələbə qazanıb, “Qarabağ” isə öz meydanını qolsuz tərk etməyib.
2004/05 |
1/8 final |
Qarabağ (Ağdam) – İnter (Bakı) |
1:0, 0:2 |
2007/08 |
1/4 final |
Qarabağ (Ağdam) – İnter (Bakı) |
2:2, 0:1 |
2008/09 |
Final |
İnter (Bakı) – Qarabağ (Ağdam) |
0:1 |
17. “Neftçi” – “Qəbələ” – 1 oyun, +0=1-0, top fərqi 1:1
İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub.
2013/14 |
final |
Qəbələ – Neftçi (Bakı) |
1:1, pen. 2:3 |
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi