Bizi izləyin

Ölkə futbolu

Divizionda “qumar məclisi”

Şübhəli oyunlar, sensasiyalı nəticələr, maraqlı aç?…

blank
Şübhəli oyunlar, sensasiyalı nəticələr, maraqlı açıqlamalar – bunların hamısı bizim çempionatda var. Və təəssüf ki, ölkə çempionatının I divizionunda bu baxımdan vəziyyət daha aktualdı.
 
Son vaxtlar ölkə çempionatının oyunlarının qumara qoyulması, bir çox komandaların bukmeker kontorları ilə əlbir işləməsi barədə deyilənlər bizi kiçik bir araşdırma aparmağa sövq etdi.
 
Fakt yoxdu, amma şübhələr var. Şübhə isə araşdırma üçün kifayət etməlidi. Bunu AFFA, hüqüq-mühafizə orqanları etsə, lap yaxşı olar, ancaq onlar hansısa iş görmürlərsə, bu, heç nə olmadığını deməyə əsas vermir.
 
Gəzən şayiələrə inansaq, “Bakılı”nın mövcudolma səbəbi məhz kontorlardı. Biz artıq bir dəfə bunu sübut etmişik. Ötən mövsüm “Göyəzən”lə ev oyunu öncəsi qarşılaşmanın ilk hissəsində qazaxlıların, sonda isə paytaxt klubunun qalib gələcəyi haqda bizə siqnal daxil olmuşdu. O zaman matç start götürmədən qarşılaşmanın 2:1 hesabıyla bitəcəyinin iddia etmişdik və sonda dediyimiz də oldu. Belə ki, fasiləyə kimi 1 qol vuran “Göyəzən” sonda məhz deyilən hesabla yenildi.
 
O zaman bu oyun canlı “stavka”ya qoyulmuşdu və ondan kimin nə qədər qazandığını yalnız bu işlə məşğul olanlar bildi. Təkcə bu fakt idi ki, hesabda bu cür geridönüşlər minimum 25.00 əmsalı ilə qiymətləndirilir. Deməli, belə nəticəyə pul qoyuluşu edənlər qoyduğunun 25 mislini götürür. Oyunun “üst”ünə, “qol-qol”una pul qoyanlar, canlı oynayanlar da xeyli irəli düşdülər. Bildiyimizə görə, “Bakılı” rəhbərliyi indi də bu işlə məşğuldu.
 
Amma indi “Bakılı” yaddan çıxıb. Çünki bu işlə daha “kompleks” şəkildə məşğul olanlar var. Bu barədə bir az sonra…
 
Divizion klublarında hamının bu işlə məşğul olduğunu deyə bilmərik. Çünki hamının bildiyi şey xaos yaradar və işbazların ifşasına səbəb olardı. Bu səbəbdən belə alış-verişlər dar çərçivədə razılaşdırılır və komandanın aparıcı oyunçularının sayəsində reallaşdırılır. Belə oyunlara getməyən komandaların 1-2 oyunçusunu ələ almaq yekun nəticəni müəyyənləşdirmək üçün kifayətdi.
 
Düzdü, divizion oyunları ölkəmizdə kontorlara qoyulmur. Heç tanınan bukmeker şirkətləri də buna getmir, çünki onlar bu barədə UEFA, FİFA-ya hesabat verməlidilər. Qara işlər adətən elə “qara bazar”da, eləcə də məşhur olmayan kiçik kontorlarda həll olunur. Həmin kontorlarda ki, kart vasitəsi ilə istənilən adam orada oynaya bilər. “Göyəzən” – “Bakılı” oyunu İngiltərədə bir kontorun proqramına salınmışdı, amma indi Sinqapurda, Serbiyada, Malayziyada, Serbiyada, Gürcüstanda elə kontorlar var ki, heç kim onlara nəzarət edə bilmir. Onlar isə sadə camaatı aldatmaq üçün hər şey edirlər. Xüsusən son vaxtlar gürcü bazarında Azərbaycan çempionatının I divizionu çox məşhurdu.
 
Divizion klublarımız maddi cəhətdən yaxşı durumda deyil. Belədə həm komandanı saxlamaq, həm futbolçuları dolandırmaq üçün belə yollara əl atanların sayı çoxdu. Bizdə yüksək liqaya çıxmaq məsələsində qəribəlik də buna əyani nümunədi. Son illərin təcrübəsi göstərir ki, heç kim elitaya yüksəlməkdə maraqlı deyil, aşağı yuvarlanmaq təhlükəsi isə yoxdu. Belədə “bazarlıq” üçün şans var.
 
Bəs, alver edənlər, qeyri-sağlam rəqabətə rəvac verənlər, futbolla oynayanlar kimdi? Heç kimi ittiham etmədən, sırf nəticələrə əsasən, haqqında söz-söhbət gəzən komandalara baxaq.
 
"Bakılı"
 
Bu komandanın adı az qala “qumar”ın sinoniminə çevrilib. Paytaxt klubunun istənilən oyunu şübhələrə yol açır.
Nəticələrə baxanda görmək olur ki, “Bakılı” əsasən “alt” və “üst” oynamaqla məşğuldu. Təbii ki, hansı lazımdısa, onu da “gətirir”. Hamının qapazladığı “Göyəzən”ə təslim olacaq (0:3) qədər “səxavətli” olan komanda ardınca, elə 2-ci turdaca “Energetik”i darmadağın etmişdi – 7:2. Güclü rəqibləri səfərdə udub, zəiflərə evdə uduzmaq kimi özəlliyi olan komanda 1 7+, 2 6+ oynamağı bacarıb.
 
“Şərurspor”
 
Divizionda oynaması sırf qumar məqsədi ilə olduğu deyilən bu komanda da maraqlıdı. Rəhbəri “qara bazar”da kontor sahibi olan debütant da “üst”ü sevənlərdəndi. Evdə oynadığı 11 matçın 7-də məğlub olmuş komandanın bu adəti heç də zəif olmasında deyil. Zəif komanda səfərdə 12 xal toplamazdı. Sadəcə, belə sensasiyalara daha çox əmsal verilir. Aşkar autsayder olan “Göyəzən” 2 qələbəsindən birini bu komanda üzərində, həm də səfərdə qazanıb. Qolların ikisinin 90-cı dəqiqədə buraxılması və “Şərurspor”un qapışısının uşaq səhvlərindən sonra “üst”ün (0:3) gəlməsi də çox mətləbdən xəbər verir.
 
Bu komandanın ən böyük şedevri XXI turda yaşandı. “Zaqatala” ilə səfər heç-heçəsi (5:5) yalnız qumar oyunları üçün müəyyənləşən nəticədi. Təbii ki, “Şərurspor” bunu təkbaşına edə bilməzdi, yəqin ki, meydan sahiblərindən də kimlərinsə bu nəticədə rolu olub. 1-2 aparıcı oyunçunu bu çirkin bazara qatmaq üçün qazanılandan müəyyən qədər xərcləmək çətin olmaz.
 
“Göyəzən”
 
Bu komanda haqda da çox maraqlı söhbətlər gəzir. Gücü kifayət qədər olmadığından bu komanda özü lazım olan nəticələri təmin edə bilmir, əvəzində bu işlə məşğul olanlarla əla işbirliyinə girir. Gözlənilməz nəticələr əsasən onların adı ilə bağlı olur. 16 oyunda “ yox-qol” oynamaq hər oğulun işi deyil.
 
“Bakı”
 
Elitada oynadığı vaxt Sinqapur kontorlarını çökdürdüyü deyilən bu komanda divizionda da şübhəli nəticələrə imza atıb. Futbolçulara olan borclar üzündən 15 xalı silinən komandanı hələ 10 oyunçuya görə də sanksiya gözləyir. Bu səbəbdən yeni mövsümdə mənfi saldoyla oynayacağı indidən bəllidi. Belədə komandanın bəzi oyunçuları bu işin “peşəkarlar”ı ilə ikili oyunlara gedir. Təkcə son turda “Göyəzən”lə ev oyununun “winline5” saytında canlı oynanılması faktı hər şeyə sübutdu. Oyun 1:1 hesabı ilə başa çatdı və məsələdən xəbərdar adamlar 80-ci dəqiqəyə kimi qonaqların 1:0 hesablı qələbəsini əldən verəcəyinə lazımi qədər qoyuluş etdi. Hesab bərabərləşdikdən sonra isə oyun saytdan çıxarıldı. 23 matçdan 16-nın “üst” bitməsi, qazaxlılarla hər iki qarşılaşmanın qalib bilinmədən yekunlaşması da maraqlıdı.
 
“Turan Tovuz”
 
Bu komanda da daha çox başqalarının cızdığı plana uyğun oynayır. Nəticələrində şübhəli məqamlar var, amma bir o qədər qabarıq deyil. Bununla belə, evdə 12 oyunun cəmi 3-nü udmaq sıradan hadisə deyil, burada nəsə müəmma var. Axı, tovuzlular səfərdə bundan 2 dəfə çox qalib gəlib. Yenə də daha böyük əmsala oynamaq məsələsi…
 
“Neftçala”
 
Bu komanda aşkar güclüdü. Ona görə də ilk turda 12:0 hesablı səfər qələbəsi hardasa gözlənilən idi. Amma hətta güclülərə də istədiyi qədər qol vuran komandanın autsayder “Göyəzən”lə heç-heçəsi, evdə ardıcıl 3 tur qələbəyə həsrət qalan “Turan”a uduzması çox maraqlıdı. Baş məşqçisi vaxtilə Sumqayıtda kontor işlədən Kamal Quliyev olan bu komandanın başqa önəmli olaylarda da iştirakı var və bunu son bölümdə xatırladacağıq.
 
Vacib qeydlər
 
XIII turun “Qaradağ Lökbatan” – “Ağsu” matçında 3:3 hesabı qeydə alınıb. Ən maraqlısı odur ki, ilk yarıda yalnız qonaqlar, fasilədən sonra meydan sahibləri fərqlənib. Həm də lökbatanlılar son 5 əqiqədə 2 qol vurub.
 
XII turda bütün komandalar qol vurub. Bütün oyunları birləşdirib, hamısına “qol-qol” atmağın əmsalının hara qalxdığını mərc oynayanlar yaxşı bilir. 7 təqribən 1.75-ə bərabər olan əmsalı bir-birinə vurun, sonra isə ona cəmi 100 manat yatırın, 1 illik problemləriniz həll olunsun.
 
Son turun “Şahdağ” – “Neftçala” oyununun nəticəsi çox şübhəidi. 4:3 adətən bukmekerlərin əmsalı 20-25-ə bərabər olan 7+-i gətirmək üçün sevdiyi rəqəmdi. Bunu adi oyun, nəticə hesab edərdik. Əgər 4 top buraxan “Neftçala” bu turadək 22 oyuna cəmi 14 qol buraxmasaydı; “Şahdağ” 22 oyuna cəmi 25 qol vurmasaydı…
 
Hissəni bir, oyunu digər komandanın udması qumarbazların sevdiyi kombinasiyadı. Kontordan asılı olaraq, bu, 20-30 əmsalı arasında dəyişir. Maraqlıdı ki, bu, “Bakı”nın oyunlarında 3 dəfə qeydə alınıb. Hamısı da ev matçları:
IX tur. Bakı – Turan 2:1 (0:1)
XII tur. Bakı – Energetik 1:2 (1:0)
XX tur. Bakı – Ağsu 2:3 (1:0)
“Şərurspor” da bu işə töhfə verib. Onlar isə səfər oyunlarında gözlənilməz gedişatın iştirakçısı olub. “Ağsu”nun həm “Bakı”, həm də “Şərurspor”la belə oynaması da şübhəli məqamdı.
XIX tur. Qaradağ Lökbatan – Şərurspor 3:2 (0:2)
XXIII tur. Ağsu – Şərurspor 2:3 (2:1)
 
Bu, kiçik araşdırmadı. Amma AFFA üçün əla ipucudu. Buyurun, araşdırın, həqiqətən futbolun inkişaf etməsini istədiyinizi göstərin. Yox, onlarla əlbirsizsə, bu qazandan sizə də bir çömçə düşürsə, o başqa məsələ…
 
FƏRİD
 
P.S.: Məsələylə bağlı bütün tərəflərə tribuna verməyə hazırıq. 
Reklam

Reklam


blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə”nin 100-cü qələbəsi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm