Bizi izləyin

Ölkə futbolu

Gəncə – Lənkəran – Qəbələ: Avropa çempionatından necə qazanmaq olardı?

17 yaşlı futbolçular arasında Avropa çempionatının …

blank
17 yaşlı futbolçular arasında Avropa çempionatının final mərhələsinə sayılı günlər qalır. Maraqlıdı ki, əvvəlki çempionatlardan fərqli olaraq, bu dəfə qitə birinciliyi yalnız bir şəhərdə – Bakıda baş tutacaq. Ancaq bunun səbəblərini araşdırmazdan öncə arxaya boylanıb, digər ölkələrdəki praktikanın nə kimi müsbət çalarlar verə biləcəyi mövzusunu araşdırmağa zərurət var.
 
Bunun üçün xəritəyə boylanmağa ehtiyac yoxdu. Yetər ki, ölkəmizdəki aeroportları və bölgələrdəki futbol infrastrukturunu xatırlayaq. İlk ağıla gələn Gəncə, Qəbələ və Lənkərandı. Hər üçündə də kifayət qədər sanballı stadion və aeroportla yanaşı, müasir standartlara cavab verən otellər də mövcuddu. Deməli, oyunları adlarını çəkdiyimiz şəhərlərin stadionlarında keçirmək mümkün idi.
 
Doğrudu, Gəncə və Lənkəranda stadionlara əl gəzdirilməlidi. Lənkəranda söhbət ot örtüyündən gedirsə, Nizami yurdunda ilk növbədə abadlaşdırma işlərinə diqqət yetirilməlidi. Ancaq Mərdəkanda iqlimə görə təbii örtüyün saxlanılmasının mümkün olmadığını deyənlər qısa zamanda buradakı süni qazonu dəyişdilərsə, həmin pula bölgələrdə də iş görmək olardı.
 
Bəs, Avropa çempionatının hansısa qrupunun oyunları adlarını çəkdiyimiz şəhərlərdə keçirilsəydi, futbolumuza nə kimi dividendlər qazandıracaqdı? Eyni zamanda, həmin bölgələrdə aparılacaq təmir-tikinti işlərinin qarşılığını almağın nə dərəcədə real görünməsi barədə də araşdırma aparmağa çalışacağıq.
 
Başlayaq sözügedən stadionların tutumundan. Gəncə şəhər mərkəzi stadionunun tutumu 27 min olsa da, oturacaqlar quraşdırıldıqdan sonra təqribən 22 minə endiriləcək. Deyək ki, hansısa qrupun oyunlarını verdilər Gəncəyə və bu, 6 qarşılaşma deməkdi. Nəzərə alsaq ki, “Kəpəz”in çempionat oyunlarına 10-15 min tamaşaçı toplaşır, Avropa çempionatının görüşlərinə də eyni sayda fanatın gələcəyini proqnozlaşdırsaq, yanılmarıq. Biletlərin qiymətini də 2 hissəyə bolək – 1 və 2 manat dəyərində. 15 min tamaşaçının toplaşacağı təqdirdə 1 oyundan 22500 manat əldə ediləcəkdi. Ümumilikdə isə 1 qrupun oyunlarından stadionun büdcəsinə 135 min AZN daxil olacaqdı. Bununla yanaşı, hər yığmanın nümayəndə heyəti minimum 30 nəfərdən ibarət olacaq ki, bu da 1 həftə ərzində Gəncə otellərində 120 qonağın yerləşdirilməsi deməkdi. Orta hesabla 50 manatdan hesablasaq, otel biznesindən də gündə 6 min manat vəsait götürüləcəyini görərik. Komandaların avtobusla təmin olunması və digər xərcləri də nəzərə alsaq, 1000 manat da əlavə edə bilərik. Deməli, bir həftə ərzində 50 min manat da bu yolla əldə olunacaqdı.
 
Eyni zamanda qonaqların da gəlməsi və məskunlaşmasını unutmayaq və bu istiqamətdən də 5 min manata yaxın vəsaitin daxil olacağını proqnozlaşdıraq. Deməli, 1 qrupun oyunlarını Gəncəyə salmaqla, 170-180 min manat vəsait əldə etmək mümkün idi.
 
Əlbəttə, həmin məbləğin müəyyən hissəsi real xərcləri qarşılamalıdı, amma minimum təmiz 100 min manat qazanc əldə olunacaqdı ki, stadionun abadlaşdırılma işlərinin böyük hissəsini qarşılaya bilərdi. Qalan qəpik-quruşu da Gəncə İcra Hakimiyyəti üzərinə götürərdi və nəticədə daha bir şəhərdə müasir tələblərə cavab verən stadionumuz olardı.
 
Lənkəranda infrastruktur ən yüksək səviyyədə olsa da, ot örtüyü qeyri-qənaətbəxş vəziyyətdədi. Amma… 15 minlik stadionun heç olmasa 2/3 hissəsinin dolması bu problemi də həll edərdi. Yenə də bilet qiymətlərini iki qrupa bölək – 1 və 2 AZN. Bu da hər oyundan 15 min manat əldə etmək anlamına gəlir. Deməli, 1 qrupun ancaq bilet satışından büdcəyə 90 min AZN daxil olacaqdı. Yenidən oteldəki qonaqların hesabatını aparmırıq. Çünki Gəncəylə təqribi eyni sayda olacağını proqnozlaşdıra bilərik. Bu isə ümumilikdə 150 minə yaxın büdcənin formalaşacığının göstəricisidi. Yuxarı-aşağı Lənkəran da 100 min manata yaxın gəlir götürə bilərdi ki, bununla da ot örtüyü problemini rahatça həll etmək mümkün idi.
 
Qəbələdə stadionun tutumu az  – 4500 olsa da, stadionun ağzına kimi dolacağını əminliklə söyləyə bilərik. Şəhərdəki futbol akademiyasının fəaliyyət göstərməsi belə iddiayla çıxış etməyə əsas verir. Özü də bu stadiona əlavə xərc çəkilməsi yönündə AFFA-nın ənamına ehtiyac yoxdu və deməli, qitə birinciliyinin hansısa qrupunun oyunlarını Qəbələdə keçirmək qərarı verilsəydi, stadiondakı müəyyən problemləri eyniadlı klub öz üzərinə götürərdi.
 
Bu 3 şəhəri birləşdirən daha önəmli məqam var. Stadiona böyüklü-kiçikli insan axını olacaqdı ki, nəticədə bu bölgələrdə futbola maraq xeyli artacaq, onlarla, yüzlərlə azyaşlı həyatını futbola bağlamaq qərarını verəcəkdi. Futbolun populyarlaşması isə AFFA-nın ümdə vəzifəsidi. Ən azından kağız üzərində belədi.
 
Ancaq bir faktor var ki, bütün dediklərimizin üzərindən qalın bir xətt çəkir. Belədə şəxsi mülkləri olan və kötəkləyə-kötəkləyə Klublar Komitəsinin yığıncaqlarını köç etdirdikləri “Bulvar Otel”dən götürəcəkləri gəlir xeyli azalmış olacaqdı. Axı, birdən-birə 3 qrupda yer alan yığmaların məskunlaşması üçün nəzərdə tutulan gəlir cibə yox, futbola xərclənəcəkdi.
 
“Dalğa Arena”nın ot örtüyünü dəyişdirməklə pul silməkdənsə, adlarını çəkdiyimiz bölgələrin futboluna təkan vermək necə də nəcib və altruist addım olardı. İndi isə özünüz cavab verin: Avropa çempionatı Azərbaycana xeyir verir, yoxsa AFFA-ya? Atalar yaxşı deyib: “Adı mənim, dadı sənin”.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Zirə” ilə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm