Müsahibə
AZAL-ın qapıçısı: "Milliyə kömək etməyə hər zaman hazıram"
AZAL-ın qapıçısı Stanislav Namaşko Topaz Premyer Liqasın?…
AZAL-ın qapıçısı Stanislav Namaşko Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (0:1) sonra ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– Bütövlükdə götürsək, hazırda AZAL-da atmosfer yaxşıdır. Biz bu mövsüm birləşən və dost olan bir kollektiv formalaşdıra bildik. Hər oyunda sonadək mübarizə aparır, uğur qazanmağa çalışırıq.
– Amma son turda çempionatın autsayderi "Rəvan"a məğlub oldunuz…
– Buraxılan qola qədər heç də özümüzə yaraşan kimi oynamırdıq. Rəqib də bizi məhz buna görə cəzalandırdı. Bu oyunda üç xal itirməyimiz çox üzücü oldu.
– Buraxılan qola qədər heç də özümüzə yaraşan kimi oynamırdıq. Rəqib də bizi məhz buna görə cəzalandırdı. Bu oyunda üç xal itirməyimiz çox üzücü oldu.
– Çempionatın sonuna beş tur qalıb, sizi isə avrokuboklar zonasından 7 xal ayırır. AZAL avrokuboklarda mübarizə aparmağa qadirdir?
– Bizim avrokuboklara vəsiqə qazanmaq şansımız var. Amma doğrudan da belə bir uğura imza atmaq istəyiriksə, bunun üçün çox böyük güc sərf etməliyik.
– Bizim avrokuboklara vəsiqə qazanmaq şansımız var. Amma doğrudan da belə bir uğura imza atmaq istəyiriksə, bunun üçün çox böyük güc sərf etməliyik.
– Necə düşünürsən, İqor Dobrovolskinin çalışdırdığı Moldova yığmasına qayıtmağın mümkündür?
– Fikrimcə, bunu ancaq İqor İvanoviç özü bilər. Yığma komandaya kimləri çağırmağa o qərar verir. Kimi lazım bilirsə, onlara da dəvət göndərir.
– Fikrimcə, bunu ancaq İqor İvanoviç özü bilər. Yığma komandaya kimləri çağırmağa o qərar verir. Kimi lazım bilirsə, onlara da dəvət göndərir.
– Dobrovolski sizinlə əlaqə saxlayıb, bu mövzuda söhbət edibmi?
– Xeyr mənimlə əlaqə saxlamır. Bu, İvanoviçin stilinə uyğun deyil.
– Xeyr mənimlə əlaqə saxlamır. Bu, İvanoviçin stilinə uyğun deyil.
– Dəvət alsanız, yığmaya kömək etməyə hazırsınız?
– Əlbəttə! Mən Moldova yığmasına kömək etməyə hər zaman məmnuniyyətlə hazıram!
– Əlbəttə! Mən Moldova yığmasına kömək etməyə hər zaman məmnuniyyətlə hazıram!
(Moldavskiy futbol)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq