Premyer-liqa
AZAL rəsmisi: “Bu məsələ bizim üçün bağlanıb”
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən AZAL – “Sumqayıt” (1:0) matçı qalmaqalla yadda qalmışdı. Futbolinfo.az xəbər verir ki, matçdan sonra qarşılaşmanın keçirildiyi “AZAL Arena”nın direktoru qonaq komandanın oyunçularının ehtiyat oyunçular skamyasının oturacaqlarının üzlüklərinin sökdüyünü iddia etmişdi.
O, hətta bu məsələ ilə bağlı matça təyin edilmiş AFFA nümayəndəsinə şikayətlənmişdi. Amma AFFA-nın İntizam Komitsəinin son qərarlarında bu məsələ ilə bağlı heç bir şey qeyd olunmadı. Məsələ ilə bağlı Şüvəlan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Eldəniz Yusiofvla əlaqə saxladıq:
“Bu məsələ bizim üçün bağlanıb. Oyundan sonra stadion direktoru olanları AFFA nümayəndəsi Elbrus Abbasova göstərmişdi. Görünür, bu məqbul sayılmayıb deyə, məsələ AFFA-nın İcraiyyə Komitəsinin iclasında qaldırılmayıb. Bundan başqa, həm bizim, həm də “Sumqayıt” klubunun rəhbərliyi görüşərək məsələni yoluna qoyublar. Heç bir problem yoxdu”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə