Ölkə kuboku
Rauf Əliyev: 7 aylıq həsrət bitdi
Ötən ilin oktyabrından bəri zədə səbəbindən yaşıl meyda…
Ötən ilin oktyabrından bəri zədə səbəbindən yaşıl meydanlara həsrət qalan “İnter”in hücumçusu Rauf Əliyev ilk dəfə start heyətində yer alıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu Azərbaycan Kubokunun yarımfinal qarşılaşması çərçivəsində “Qarabağ”la oyunun ilk dəqiqəsindən döyüşə atılıb.
Beləliklə də 7 aydan sonra Əliyev ilk dəfə meydanda 90 dəqiqə oynamaq şansı əldə edib.
Qeyd edək ki, forvard 30-cu turda “Kəpəz”lə 3, 31-ci turda isə “Qarabağ”la qarşılaşmada 28 dəqiqə oynamaq şansı qazanıb.