Ölkə futbolu
"Neftçi"nin futbolçusu xəstəxanalıq oldu
Futbol üzrə Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lə…
Futbol üzrə Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” klubları arasında keçirilən qarşılaşmada paytaxt klubunun legioneri Karlos Kardoso xoşagəlməz aqibətlə üzləşib. Futbolinfo.az xəbər verir ki, müdafiəçi matçın sonlarında rəqib oyunçu Etame Mbilla ilə toqquşmada ciddi zədə alıb.
Bir müddət həkimlər ona meydanda tibbi yardım göstərsə də, bu, onun oyunu davam etdirməsi üçün yetərli olmayıb. Əksinə, baş nahiyəsindən zədələnən Kardosonun dərhal xəstəxanaya aparılmasına ehtiyac duyulub. Təcili tibbi yardım maşını ilə arenadan çıxarılan Kardoso ilə birgə klubun vitse-prezidenti Tahir Süleymanov da xəstəxanaya yollanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…