Ölkə kuboku
"Qəbələ"ni qələbədən belə məhrum etdilər – VİDEO
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyun…
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları baş tutdu. Futbolinfo.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul etdi.
Matç 1:1 hesabı ilə başa çatdı. Bu görüşdə ən yadda qalan epiozdlardan biri qonaqların yarımmüdafiəçisi Aleksey Qayın Aqil Məmmədovla təkbətək çıxarkən rəqibin cərimə meydançasında yerdə qalması oldu. Matçın baş hakimi Əliyar Ağayev bu epizodda səhv qərar qəbul edərək ukraynalı oyunçuya simuliyasiyaya görə sarı vərəqə göstərdi. Halbuki, Məmmədov topa yox, birbaşa Qayın ayağına oynamışdı və hakim mübahisəsiz penalti təyin etməli idi.
Bundan başqa, əyalət təmsilçinin kapitanı Rəşad Sadiqova da qırmızı vərəqə göstərildi ki, bu da mübahisəli epizod kimi yadda qaldı. Futbolinfo.az sizə həmin epizodları təqdim edir: