I Liqa
Yaşar Seyidovdan "fatihə"
Bu gün "Bakı" klubunun bazasında Məşqçilər …
Bu gün "Bakı" klubunun bazasında Məşqçilər Komitəsinin (MK) birinci divizion təmsilçilərinin rəhbər və məşqçiləri ilə görüşündə aşağı dəstə klublarının nümayəndələri lisenziya tələblərinin yumşaldılması təklifini irəli sürüb. Futbolinfo.az xəbər verir ki, geniş müzakirəyə səbəb olan bu mövzu bir andaca Yaşar Seyidovun müdaxiləsindən sonra qapanıb.
"Bakı"nın vitse-prezidenti lisenziyalaşdırma qaydalarının 5 əsas müddəasının olduğunu bildirərək, birinci divizion təmsilçilərindən heç birinin bu tələblərə tam cavab vermədiyini dilə gətirib: "Bu gün heç bir divizion təmsilçisi lisenziya tələblərinə cavab vermir. Mövcud vəziyyətdə məhz bu fəsadların aradan qaldırılmasına diqqət yetirməliyik".