Bizi izləyin

Müsahibə

“Neftçala”nın prezidenti: “Bu, iyrənc bir şeydi”

Bu gün Məşqçilər Komitəsi 1-ci divizon klublarının r…

blank
Bu gün Məşqçilər Komitəsi 1-ci divizon klublarının rəhbərləri və çalışdırıcıları ilə görüş keçirdi. “Bakı”nın bazasında təşkil olunan tədbirdən sonra divizionun lideri “Neftçala”nın prezidenti Famil Səfiyev futbolinfo.az saytının suallarını cavablandırıb.
– Tədbir barədə fikirlərinizi bilmək istəyərdik.
– Görüş olduqca səmərəli keçdi. Çoxsaylı məsələlər müzakirə olundu. Hesab edirəm ki, bu cür görüşlər tez-tez təşkil olunmalıdı. İlk dəfəydi ki, belə bir görüş keçirilirdi.
– Komandanızın Premyer Liqada oynamaq istəyi hər cümlədən aşkar sezilirdi…
– Gəlin tələsməyək. Bəli, Premyer Liqada oynamaq istəyirik. Amma hələ çempion olmamışıq. Hər şeyə çempionat başa çatdıqdan sonra aydınlıq gələcək. Klub rəhbəri olaraq bildirmək istəyirəm ki, biz Premyer Liqada oynamağa qadirik. Bəli, çatışmazlıqlarımız var. Bu problemləri də mərhələ-mərhələ aradan qaldırırıq.
– Birinci divizionda oyun alqı-satqısının olması barədə xeyli materiallar dərc olunub. Bu mövzuya dair fikirlərinizi bilmək maraqlı olardı…
– Öz klubmuzun adından deyə bilərəm ki, biz danışılmış oyunları qəbul etmirik. Bu, iyrənc bir şeydi və futbolumuzun geriləməsini şərtləndirən faktordu. Bu cür əməllərə əl atan insanlar Azərbaycan futbolunun inkişafını istəməyənlərdi. Kimsə gəlib klubmuzun bu cür oyunlara getməsini bizə deyə bilərsə, ömürlük futboldan çıxıb gedərik. Çünki biz bu işin içində deyilik və buna qol qoyanları qınayırıq.
– Divizionda oyunların bukmeker kontoruna pul yatırmaqla həll olunması heç kimə sirr deyil. Ancaq “Şərurspor”un baş məşqçisi Məmmədəli Qəniyevin çıxışını dinləyərkən, bir dəsmal götürüb ağlamaq, bu kluba fantastik şəffaflıq nümayiş etdirdiyinə görə humanitar yardım etmək istəyirdik…
– Klubumuzun himayədarı cibinin pulunu xərcləyir. “Neftçala”ya haram pul daxil olmayıb. Bunu tam məsuliyyətlə bildirirəm. Heç bir kəs deyə bilməz ki, futbol oynamayıb, futbolla oynamışıq. Biz təmiz futbolumuzu oynamışıq. 
– Fikir mübadiləsi zamanı bir məqam da diqqətimi çəkdi. Məşqçilər Komitəsinə üzünüzü tutaraq, çempion olacağınız təqdirdə Premyer Liqaya buraxılmanızı xahiş etdiniz və bundan sonra stadionunuzu tələblərə uyğun təmir etdirəcəyinizi bildirdiniz. Axı, bu, düzgün yanaşma deyil. Lisenziya şərtlərində açıq-aydın yazılıb ki, əvvəlcə standartlara cavab verən infrastruktur qurulmalı, sonra vəsiqə verilməlidi.
– Problem tək stadionla bağlı deyil. Biz kluba göstərilən qayğını Premyer Liqada daha da artıracağımızı bildirdik. Demirik ki, çempionluğa oynayan komanda formalaşdıracağıq, amma qənaətbəxş nəticələr verə bilən bir komandayla təmsil olunacağımızı əminliklə söyləyirik. Sadəcə, Premyer Liqadakı iştirakımız dəqiqləşdikdən sonra müəyyən problemlər var ki, 1-2 ay ərzində həllini tapacaq.
– Axı, bu, mümkün deyil! Siz tələblərə tam cavab verən klub yaratmalısınız ki, bundan sonra lisenziya əldə edəsiz. Bu, AFFA-nın kaprizi deyil, assosiasiyanın da öhdəlikləri var…
– Hər şey maliyyənin başındadı. Problem də stadionla bağlıdı. Misal kimi “Zirə”yə baxaq. Ötən mövsüm klubun lisenziyanın tələblərinə uyğun olaraq, aşağı yaş qrupları üzrə komandaları yox idi. Dİgər həll olunmayan problemləri var idi. Ancaq onlara güzəşt edildi.
– Amma stadionu var idi. Futbolda ki, stadionda oynanılır…
– Bizim meydançayla bağlı problemimiz yoxdu. Sadəcə, paltardəyişmə otaqları tikilməlidi, bir də tribunalar tələb olunan standartlara cavab verən hala gətirilməlidi.
– Demirik ki, əcnəbi futbolçular azərbaycanlılardan artıqdı. Ancaq misal olaraq, soruşmaq istəyirəm: UEFA Kubokunu başı üzərinə qaldırmış Aleksey Qay, Avropa meydançalarında xarüqələr yaratmış Reynaldo Silvanı hazırki paltardəyişmə otağınızda necə təsəvvür edirsiniz?
– Siz bizə çıxış yolunu göstərin, biz də edək.
– Müvəqqəti olaraq, hansısa stadionu icarəyə götürmək və ev oyunlarda orda keçirmək. Bundan sonra lisenziya problemi avtomatik həllini tapır və bir neçə ay ərzində Neftçaladakı stadionu tələblərə cavab verən hala gətirirsiniz…
– Bəli, elə də etməyi planlaşdırırıq.
– Amma yığıncaqda bunu səsləndirmədiniz…
– …
– Aşağı yaş qrupu üzrə komandalarınızın tam tələblərə uyğun sayda olmaması da lisenziya ilə bağlı problemləriniz sırasındadı.
– Bu, qısa zamanda həll olunan problemdi. 
– Ancaq stadiondan savayı da lisenziya ilə bağlı daha bir probleminiz mövcuddu.
– Bəli, daha bir məsələ qalır. Ancaq bu, daxili işimizdi. İnşallah, bütün məsələləri həll edərik və AFFA rəsmən bütün meyarlara cavab verdiyimizi sizlərə bildirər.
– Razılaşa bilmirəm. Çünki ötən il komandanız 1-ci divizionun çempionu olduqdan sonra saytımıza verdiyiniz müsahibədə klubunuzun bütün lisenziya tələblərini yerinə yetirdiyini bildirmişdiniz. Buna qarşılıq olaraq, Lisenziyalaşdırma qrupunun rəhbərinə zəng etdik və o, bunun heç də həqiqətə uyğun olmadığını söylədi. Soruşduqda ki, konkret hansı tələblərə cavab vermirsiniz, o, çatışmazlıqlar haqda mediaya məlumat vermək hüququnun olmadığını dilə gətirdi və tövsiyə etdi ki, yenidən “Neftçala” rəsmiləri ilə əlaqə saxlayaq. İndi də Siz yenə də problemin nədən qaynaqlandığını söyləmirsiniz. Sabah da deyəksiniz ki, həll etdik. Bəs, nəyi həll etdiniz? Axı, bunu indi deməlisiniz ki, sabah da AFFA klubunuza qarşı qərəzli mövqe tutacağı təqdirdə, assosiasiyadan hesabat tələb edə bilək.
– Sizi başa düşürəm. Səsləndirdiyiniz fikirlər doğrudu. Ancaq bəzi problemlər var ki, klubun öz içində həll olunası məsələlərdi. Hazırda bu problemləri aradan qaldırmaqla məşğuluq. Bunu mediaya açıqlamaq niyyətində deyilik. Başlıca problem stadionla bağlıdı ki, bunu da yaxın zamanlarda hansısa stadionu icarəyə götürməklə həll edəcəyik.
– Və son sual. İcarəyə götürəcəyiniz stadion paytaxtda yerləşəcək?
– Bəli, çünki ətrafdakı stadionların durumu heç də Neftçaladakından yaxşı deyil. 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm