Bizi izləyin

Premyer-liqa

"Qəbələ"dən Premyer Liqa və kuboku tərk etmək hədəsi

"Qəbələ" Azərbaycan Kubokunun yarımfinal mərhələsi &…

blank
"Qəbələ" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində ötən gün baş tutan "Neftçi" ilə səfər matçındakı (1:1) hakim ədalətsizliyi ilə əlaqədar bəyanat yayıb. Futbolinfo.az sizi həmin bəyanatla tanış edir.
"Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. “Qəbələ” İdman Klubu (İK) da hər zaman Azərbaycanın idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz töhfələrini verməyə çalışmışdır. “Qəbələ” İK-da, heç şübhəsiz ki, eyniadlı futbol klubu şərəfli yer tutur. “Qəbələ” Futbol Klubu (FK) 2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olmuşdur. Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol azarkeşlərinə böyük sevinc bəxş edilmişdir.
“Qəbələ” FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz oyunu ilə daxili çempionatda da iddialarını davam etdirmiş, yüksək yer tutmaq məqsədi ilə əzmlə çalışmışdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı bir-birini əvəz edərək, kluba ciddi problem yaratmışdır. Bu hal nəinki, klub üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol hərəkatına hörmət gətirmir.
Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da, klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməmişdir. Çox maraqlıdır ki, “Qəbələ”nin beynəlxalq aləmdə uğurlarından sonra, bu hal mütəşəkkil xarakter almışdır. Belə bir vəziyyətin yalnız “Qəbələ” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına münasibət bildirmək zərurəti yaranmışdır. “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir etmişdir.
Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik etmişdir. Ağayevin bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən “Qəbələ”nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna bilməz. Beləliklə, “Qəbələ”nin rəqib komandalarla futbol matçı faktiki olaraq hakim Ağayevin “Qəbələ” ilə rəqabətinə çevrilmişdir. Ağayev 10 avqust 2015-ci il tarixində “Qəbələ”nin “Qarabağ”la keçirilən mövsümün açılış oyununda “Qəbələ”nin qapısına əsası olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək, Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib, meydandan qovmuşdur. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdır. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən “Qəbələ” 2:1 hesabı ilə uduzmuşdur. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba almış və oyun 1:1 hesabı ilə başa çatmışdır. “Qəbələ”nin 9 aprel 2016-cı ildə “Sumqayıt” klubu ilə keçirilən oyununda Ağayevin qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən “Qəbələ”nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə yekunlaşmışdır.
“Qəbələ”yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə “Neftçi” ilə Bakıda keçirilən oyunda da yol verilmişdir. Bu oyunda da hakim “Qəbələ”yə qarşı qərəzi ilə fərqlənən Ağayev olmuşdur. O, “Qəbələ”nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti verməmiş, əksinə onu sarı vərəqə ilə cəzalandırmışdır. Bu az imiş kimi oyunun sonuna yaxın “Qəbələ” futbolçularından birinə qırmızı vərəqə göstərərək meydandan çıxarmış, beləliklə, matçın 1:1 hesabı ilə başa çatmasına şərait yaratmışdır. Ağayevin “Qəbələ” – “Neftçi” oyununda nəticəyə təsir göstərən qərəzi yalnız “Qəbələ” tərəfindən deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi etirazla qarşılanmış, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi barədə fikirlər irəli sürülmüşdür.
“Qəbələ” Futbol Klubu bu faktları futbol ictimaiyyətinin diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların mahiyyətindən ibarət olduğunu qeyd edir. “Qəbələ” klubu, eləcə də Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan qaldırmaq qeyri-mümkündür.
“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaqdır".
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm