Dünya futbolu
Millimizin sabiq forvardı məğlubiyyətə üzüldü
Almaniyanın Şimal-Şərq Regional Liqasında 31-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Babelsberq" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb – 0:1. Rüfət bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.