Dünya futbolu
Millimizin üzvü Almaniyada daha bir qol vurdu
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçir…
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası – "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Borussia II" (Münhenqladbax) ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. Komandasının üçüncü qolunu da məhz millimizin üzvü vurub. O, 53-cü dəqiqədə hesabı 3:1 edib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 53 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.