Premyer-liqa
Svanadze: “Çox acıyıram”
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis heç-heçəyə sevindiklərini gizlətməyib:
– Bu cür oyundan sonra danışmaq çətindi. Sevinirəm ki, xalı xilas edə bildik. Ancaq oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq.
– Sezar Meza Kollini Kamran Ağayev qırmızı vərəqə aldıqdan sonra oyundan aldınız. Hücumameylli futbolçunu çıxararkən, şüuraltı olaraq hesabın 1:3 olacağını düşündünüz və böyük hesabla məğlub olmamağı gözünüzün önünə aldınız?
– Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.
– Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.