Bizi izləyin

Premyer-liqa

Çempionluq, antirekord, kubokun əvəzinə…

Topaz Premyer Liqasının 32-ci turu Azərbaycan çempionunun ad…

blank
Topaz Premyer Liqasının 32-ci turu Azərbaycan çempionunun adını rəsmən müəyyənləşdirdi. Zirə səfərindən qələbəylə dönən “Qarabağ” çempionatın bitiminə 4 tur qalmış rəsmən çempionluğu bayram etdi.
Ağdam təmsilçisinin qızıl medalları rəsmiləşdirməsi ən yaxın izləyicisini səfərdə məğlub etməklə əldə etməsi də xüsusi vurğulanmalıdı: bəli, “Qarabağ” 2015-2016 mövsümündə tarixinin ən asan çempionluğunu əldə etdi. Qurban Qurbanovun yetirmələri uzun marafonun yalnız ilk dövrəsində nisbi müqavimət gördülər. Sonra isə hər şey yağ kimi getdi və çempionluğu haqq edən komandanın bircə rəqibi qaldı – özü! Bəli, Ağdam klubunun ən başlıca problemi psixoloji cəhətdən özündən zəif olan rəqibləri əzib keçməyə köklənməyi bacarmaq idi. Bu yöndə baş məşqçinin əməyi xüsusi vurğulanmalıdı. Qurbanov yetirmələrinin “ipini” bir anlıq boş buraxmadı, heyətdəki rotasiyalarla bütün heyət üzvlərinə “kökdən düşmək” imkanı vermədi və bütün bunların qarşılığında ansablın möhtəşəm ifasının korlanmasına şans tanımadı.
Qalan 9 komanda isə korporativ məqsədlər uğrunda mübarizə aparır ki, bu “müharibə”nin hələ ki, qalibləri məlum deyil. 
“İnter” doğma arenada “öldü, öldü, dirildi”. “Sumqayıt”la görüşdə “bankirlər” cütlüyün favoriti qismində göstərilsələr də, oyunun axarı onlar üçün fiaskodan xəbər verirdi. Hesabda iki dəfə geri düşən, bundan sonra qapısına penalti təyin olunan və azlıqda qalan komandanın qələbə haqda düşünməsi absurddu. Bu da azmış kimi, “İnter” oyunun gedişatında daha bir dəfə penalti ilə üzləşdi. Ancaq “Sumqayıt”ın “snayperlər”i hər iki halda 11 metrlik məsafədən 7 metrlik qapını səlist nişan ala bilmədilər. Bununla iş bitsəydi… Məsələ burasındadı ki, qonaqlar penaltidən də əlverişli qol imkanlarını sağa-sola xərcləməklə, sanki “futbol İlahəsi”nə mesaj göndərirdilər: “Hardasan, gəl bizi cəzalandır”. Nəhayət, son dəqiqədə “İlahə” özünü çatdırdı. Rauf Əliyevə qarşı işlədilən maya geri ke age (yapon dilindən tərcümədə ayaqla yuxarı gedən düz oynaq zərbəsi) fəndindən sonra forvard sözün həqiqi mənasında o dünyanı görüb, qayıtdı, komandası isə Nika Kvekveskiri ilə əldə etdiyi şansı qaçırmadı. Maraqlıdı ki, Nika da penaltidən fərqlənə bilmədi və 90 dəqiqə ərzində Ömər Paşayevin təyin etdiyi 3 11 metrlik cərimə zərbəsinin heç biri qola çevrilməməklə, Azərbaycan futbol tarixinin antirekordu müəyyənləşdi. Bu oyunun əsl qəhrəmanı isə Amil Yunanov oldu. Qol vurdu, komandasına 2 penalti qazandırdı və yekunda zəhməti yerə çırpıldı. Güman ki, Robert Prosineçki yığmamızın növbəti toplanışına gənc vunderkindi də dəvət edəcək. Çünki Yunanov təsadüfi, “durnoy” qollarla seçilmir, o, əsl forvarda xas olan taran tipli bacarığı ilə yanaşı, qol duyumuyla da nəzərləri üzərinə cəlb edir. 
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev daim komandasının autsayderlərlə oyunlardan çəkindiyini bildirir. “Rəvan”la qarşılaşma da istisna təşkil etmədi. Doğrudu, gəncəlilər oyunboyu meydançada dominantlıq etdilər. Hesabda da daim öndə idilər. Ancaq yekun nəticə ən azından son 2-3 dəqiqənin meydan sahibləri üçün necə də gərgin keçməsindən xəbər verir.
“Qəbələ” ölkə kubokunun yarımfinalında olduğu kimi, yenə də “Neftçi”ni məğlub edə bilmədi. Maraqlıdı ki, paytaxtdakı oyundakı kimi, əyalət təmsilçisi yenə də qələbə hesabı nı qorumağı bacarmadı. Ancaq bu dəfə “Qəbələ”nin üsyanından sonra hakim Roman Qriqorçukun komandasının lehinə penalti təyin etdi. Ən maraqlısı budu ki, Rauf Cabbarov olmayan penaltini təyin etdi. Artıq hakimləri tənqid etməkdən media yorulub. İnanmırıq ki, “Qəbələ”yə bu cür əvəzçıxma lazım idi. Hər halda, fakt göz qarşısındadı: Hakim Komitəsinin sədri vəzifəsinin öhdəsindən gəlməyi bacarmır. Onun özfəaliyyəti isə gah “Qəbələ”nin, gah “Neftçi”nin, gah “İnter”in gah da digər klubun başında çatlayır. Oyuna gəlincə, meydan sahibləri daha inamlı təsir bağışlasalar da, bunu yekun nəticədə əks etdirməyi bacarmadılar. “Qəbələ”nin bir şeydə bəxti gətirib ki, cari mövsüm digər komandalar da qeyri-sabit çıxış edir. Yoxsa, bu cür itkilərlə medallar uğrunda mübarizə aparmaq mümkün deyildi.
AZAL bir daha sübut etdi ki, avrokuboklara vəsiqə qazanacağı təqdirdə, futbolsevərlərimizə sevinc bəxş edə bilməyəcək. Yeniyetmələrin ümidinə qalan “Xəzər Lənkəran” meydan sahiblərinə ilk 45 dəqiqədə əsl futbol dərsi keçdi. Doğrudu, dərs nəzəri oldu, çünki futbolun bəzəyi olan qolu praktikada nümayiş etdirmədilər. Fasilədən sonra qonaqların fiziki gücü tükəndi və “təyyarəçilər” növbəti 1:0-la xal ehtiyatlarını zənginləşdirdilər.
CEYHUN ƏLİYEV 
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Ölkə futbolu2024-04-29 12:33

“Qarabağ” “Turan”a çata bilmədi

blank
Digər idman növləri2024-04-29 12:18

Şərq konfransının ilk yarımfinalçısı məlum oldu

blank
Ölkə futbolu2024-04-29 12:01

Cəlal yeni təklif almayıb: “Avrokuboka vəsiqə üçün mübarizə aparacağıq”

blank
Dünya futbolu2024-04-29 11:47

Azarkeşlər Lopeteqini istəmir

blank
Dünya futbolu2024-04-29 11:32

Fati indi də “Sevilya”ya göndəriləcək

blank
Dünya futbolu2024-04-29 11:17

Sapata Meksikaya köçə bilər

blank
Dünya futbolu2024-04-29 10:59

Arauxoya müştəri tapıldı

blank
Ölkə futbolu2024-04-29 10:42

Misli Premyer Liqasında yeni azarkeş rekordu

blank
Digər idman növləri2024-04-29 10:28

Məmmədyarov Almaniya çempionu olub

blank
Müsahibə2024-04-29 10:14

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

blank
Digər idman növləri2024-04-29 09:57

Azərbaycan qılıncoynadanları Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar

blank
Dünya futbolu2024-04-29 09:42

PSJ-də yeni müqavilə

blank
Ölkə futbolu2024-04-29 09:25

“Nitsa” Benzianı istəyir

blank
Dünya futbolu2024-04-29 09:10

Musa oynadı, komandası qələbə qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm