Dünya futbolu
Kosovo UEFA-nın üzvü oldu
Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində UEFA-nın…
Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində UEFA-nın Növbəti Konqresi keçirilib. Futbolinfo.az xəbər verir ki, quruma üzv olan bütün milli assosiasiyaların iştirak etdiyi tədbirdə Kosovonun UEFA-ya üzvlüyü müzakirə edilib.
Səsvermədən sonra Kosovo UEFA-ya daxil olan 55-ci ölkə kimi tanınıb. Bu isə o deməkdir ki, Kosovo millisi bundan sonra Avropa çempionatının seçmə mərhələsində iştirak edə biləcək, Kosovo klubları isə UEFA-nın təşkil etdikləri turnirlərə qatılmaq hüququna malik olacaq.
Qeyd edək ki UEFA-nın Kosovonu üzv seçməsindən sonra eyni addımı FİFA-nın da atacağı gözlənilir.
Əlavə edək ki, UEFA-ya üzv olan bəzi ölkələr, o cümlədən Azərbaycan rəsmi dövlət səviyyəsində Kosovanın müstəqilliyini tanımayıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı