Milli komanda
Klublardan tam dəstək
Artıq məqam yetişib və sabah 17 yaşlılardan ibarət yığma koma…
Artıq məqam yetişib və sabah 17 yaşlılardan ibarət yığma komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatına start veriləcək. İlk oyun günü millimiz də meydana çıxacaq.
Bəs görəsən, klublarımızda vəziyyət necədi? Futbolçuları U-17 yığmamızda çıxış edəcək “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Sumqayıt” bu barədə hansı qərara gəlib?
Bir müddət öncə onlarla əlaqə saxladıqda yarışın startına xeyli vaxt qaldığından hələ heç nəyin dəqiqləşmədiyini demişdilər. İndi görək, klublarımız nə qərarlaşdırıblar? Yığmamıza dəstək üçün hansı addımı atacaqlar?
“Sumqayıt” (Rəşad Məmmədov, mətbuat katibi): "AFFA-dan bilet ayrılıb. Akademiyamızın məşqçiləri və futbolçuları millimizə dəstək üçün tribunada olacaqlar. Həmçinin rəhbərlik və əsas komandamızın üzvləri də yığmamıza dəstək üçün oyunlara gedəcək. Həmçinin fan-klubumuz da stadionlara dedib, yığmamıza dəstək olacaq".
“Qarabağ” (Nurlan İbrahimov, mətbuat katibi): "Əvvəla onu qeyd edim ki, oyunlar bizim stadionumuzda ("Azərsun Arena") da keçiriləcək. Əlbəttə ki, biz də oyunlara tribunadan baxacağıq. Məşqçilərimiz, uşaq komandalarımız bu oyunlardan kənar qalmayacaq. AFFA-dan da 150-dən çox bilet gəlib".
“Neftçi” (Mehman Rəsulov, mətbuat katibi): "Əlbəttə ki, biz də oyunlara gedib, yığmamıza dəstək olacağıq. Uşaq komandalarımız maksimum dərəcədə matçları canlı izləməyə çalışacaq. Əsas komandamız da qrafikə uyğun olaraq, stadionlara gedəcək. Misal üçün, sabah yığmamızın oyunu var, lakin komandamız kubok matçı üçün Qəbələdədi. Həmçinin millimizin son oyunu da əsas komandamızın Gəncə səfəri ilə üst-üstə düşür. Buna baxmayaraq, çalışacağıq ki, yığmamızı dəstəksiz qoymayaq".
“Xəzər Lənkəran” (Hüseyn Cəbrayıloğlu, mətbuat katibi): "Bildiyiniz kimi, klubumuz Lənkəranda məskunlaşır, komandalarımız buradadı. Əgər Bakıda olsaydıq, biz də stadionlara gedib, yığmamıza dəstək olmaq istərdik. Ümumiyyətlə, bu barədə klubumuzda nəsə dəqiqləşməyib. Həmin komandada bizim də iki futbolçumuz var. Hesab edirəm ki, fan-klublarımız onları yalnız buraxmayacaq".
“Qəbələ” (Anar Hacıyev, mətbuat katibi): "Artıq yığmamızın bütün oyunları üçün bilet alınıb. Biz də klub olaraq, bu marçlarda millimizi yalnız buraxmayacağıq".
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…