Ölkə kuboku
Vәli Qasımov: “Bәxtimiz gәtirdi”
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Az?…
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan (1:1, penaltilərlə 4:3) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Çətin də olsa, istəyimizə nail olduq. Bəxtimiz gətirdi. Final isə bir oyundan ibarətdi. Nəyimiz var, ortaya qoyacağıq. Çalışacağıq, gözəl futbol nümayiş etdirək. Hamı bilir ki, "Qarabağ" güclüdü. Düzü, penaltilər seriyası haqda düşünməmişdik. Buna elə də hazırlaşmamışdıq. Sadəcə, məşqdə bir dəfə buna ehtiyac duymuşduq. "Qəbələ"nin futbolçularının səviyyəsi daha yüksəkdi. Bizim futbolçuların çoxu isə cavandı. Onlara da inanıram. Biz "Qəbələ"ni analiz etmişdik. Çətin olacağını bilirdik".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…