Milli komanda
Yığmamız antirekordun bir addımlığında
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tari…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması tarixinin ən ağır məğlubiyyətlərindən birini alıb. Futbolinfo.az apasport.az saytına istinadla xəbər verir ki, Avropa çempionatının Azərbaycanda keçirilən final mərhələsinin ilk turunda Portuqaliyaya 0:5 hesabı ilə uduzan millimiz antirekordun bir addımlığında dayanıb.
Belə ki, komandamız Avropa çempionatları tarixində 2-ci dəfə 5 və ya daha çox top fərqi ilə uduzub. Millimizin ilk uğursuzluğu 2010-cu ildə qeydə alınıb. Oktyabrın 24-də Şimali İrlandiya yığması komandamızın qapısından 6 cavabsız qol keçirib.
Adil Şükürovun baş məşqçiliyi vaxtındakı həmin darmadağın 74 oyun keçirib, 44 dəfə uduzan millinin ən ağır məğlubiyyətidi. 1994-2001-ci illərdə U-16, son 15 ildə U-17 kimi qitə çempionatında qatılan komandamız antirekordunun 1 addımlığında dayanıb. İkinci ən ağır məğlubiyyətimizi rəsmiləşdirən Portuqaliya 1 qol vursaydı, 6 ilin antirekordunu təkrarlayacaqdı.
Maraqlıdı ki, Şimali İrlandiyaya uduzduğumuz matç Portuqaliyada keçirilən seçmə mərhələdə qeydə alınıb. Bu ölkədə alınan antirekordu portuqaliyalılar yeniləməyə yaxın olub.