Ölkə futbolu
Polislər yenə fanatları "qabaqladı" – FOTOLAR
Ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət futbol&cce…
Ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət futbolçuların Avropa çempionatı davam edir. Futbolinfo.az xəbər verir ki, C qrupunun matçında İngiltərə və İspaniya milliləri qarşılaşır.
Matçdan futbolçuların tribunalara ənənəvi topatma mərasimi maraqlı görüntülərə səbəb olub. Belə ki, futbolçuların azarkeşlərə atdığı topa polis əməkdaşı sahib olub. Azyaşlı uşaqların xahişlərinə məhəl qoymayan polis topu heç kimə verməyib və özü ilə aparıb.
Lakin vəziyyətlə yaxından maraqlandıqda məlum oldu ki, əslində polis həmin topu uşağın əlindən alıb. Bu üzdən də həmin uşaq rütbəcə daha böyük polis əməkdaşlarına yaxınlaşaraq, onlara şikayətini bildirib. Həmin polis isə artıq arenanı tərk etdiyindən, onu tapmaq mümkün olmayıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq