Ölkə futbolu
Cüdo futbolu “ofsayd”a saldı
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” oyununun canlı yayımını paytaxtımızda keçirilən cüdo üzrə “Qızıl dəbilqə” Qran Pri yarışması əngəlləyib. Bu barədə futbolinfo.az saytına mlumatı ölkə çempionatının yayım hüququna sahib olan “CBC Sport” kanalının redaktoru Şəmsəddin Abbasov verib.
“Doğrudu, əvvəlcədən “Zirə” – “Qəbələ” qarşılaşmasını futbolsevərlərə təqdim etməyi planlaşdırmışdıq və proqramımıza bu görüş daxil edilmişdi” deyən Abbasov dəyişikliyi bu cür izah etdi: “Proqrama əsasən, cüdo yarışmasından ancaq həlledici görüşləri təqdim etməyi düşünürdük. Ancaq bu turnirə marağın olduqca böyük olmasını nəzərə alaraq, “Qızıl dəbilqə”ni startdan yayınlamağa başladıq”.
Qeyd edək ki, Zirədəki görüş hər iki komanda üçün olduqca böyük əhəmiyyət kəsb edir. Meydan sahibləri hazırda məskunlaşdıqları 2-ci yeri möhkəmləndirmək üçün, “Qəbələ” isə bürünc medal uğrunda amansız mübarizə aparır. Tərəflər fasiləyə “Qəbələ”nin 1:0 hesablı üstünlüyü ilə yollanıblar.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı