Premyer-liqa
Qurbanov: "Futbolçularda çempionluqdan sonra arxayınlıq görmədim"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz P…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Qələbə seriyamızı sona qədər davam etdirmək istəyirik. Ola bilər ki, oyun istədiyimiz kimi alınmadı. “Sumqayıt” yaxşı futbol sərgilədi. Oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çalışacağıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq.
– “Qarabağ” növbəti mövsümdən sırf iki hücumçu ilə futbol oynaya bilərmi?
– Bu gün “Atletiko” da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdur. Amma ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxaq. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur.

– Kubokun finalının hansı stadionda keçirilməsinə razısınız?
– Kubok fərqli turnirdir. “Neftçi” yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldır. Bizim üçün vacib olanı meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərarı qəbul etsə, hörmətlə yanaşacağıq.