Ölkə futbolu
Olimpiya Stadionundan imtinanın səbəbi bilindi
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal …
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. Belə ki, UEFA-nın tövsiyəsinə əsasən, yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə “Bakcell Arena”da keçiriləcək.
Yuxarıda yazılanlar AFFA-nın rəsmi saytından götürdüyümüz cümlələrdi. Amma orada bu addıma heç bir izahat verilməyib, niyə belə addım atıldığı göstərilməyib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, AFFA bu addımı oyunlara azarkeş gəlmədiyi üçün atıb. Bakı Olimpiya Stadionunu doldurmaq mümkün deyil, tamaşaçı olmayanda isə oyunlar çox qəribə ab-havada keçir. Arenanın xərcləri də həddən artıq çox olduğu üçün AFFA məcburiyyətdən belə yerdəyişmə edib.
Görünür, təşkilatçılıq və təbliğat kampaniyasındakı çatışmazlıqlarla bağlı neçə vaxtdı yazdıqlarımız məhz bu şəkildə təqsdiqlənməliymiş. 100-ə yaxın orta məktəbdə aparılan təbliğat işləri nəticə verməyincə AFFA belə gülünc vəziyyətə düşdü.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO