Bizi izləyin

Layihə

“İnter”in gələcəyi olan uşaqlar: “Bu nəslə inamım böyükdü” – LAYİHƏ

Bakıda 17 yaşlılar arasında Avropa çempionatının davam et…

blank
Bakıda 17 yaşlılar arasında Avropa çempionatının davam etdiyi bir vaxtda uşaq futbolunu xatırlamamaq günah olar. Ən azından ona görə ki, yığmamızın baş məşqçisi Təbriz Həsənov hazırki nəsildən 11 azərbaycanlı tapmağın mümkünsüzlüyünü Portuqaliya ilə görüşdən sonra bəyan etmişdi. İndiki U-17 üzvləri gələcəkdə əsas yığmamızın təməlini təşkil edə bilərsə, hazırda 13-15 yaşında olan futbolçular da perspektivdə U-17 yığmamıza dəvət ala bilərlər.
 
Ölkə klubları arasında uşaq futboluna diqqət yetirənlərin sıralamasında öncüllərdən sayılan “İnter”in bazasına baş çəkməkdə məqsədimiz həm uşaq komandasının məşqini izləmək, həm də baş məşqçiləri ilə mövcud durumla bağlı müsahibə almaq idi.
 
Bəyaz həsəd
 
“İnter”in U-14 komandasının məşqini izləyərkən baş məşqçi Elmir Mirzəyev KİV təmsilçisi olduğumuzu bilmirdi. Bu da əvvəlcədən planlaşdırılmış gediş idi. Hər halda, məşqin təbii halda izlənilməsi sonrakı söhbətimizin daha məzmunlu alınmasını şərtləndirəcəkdi…
 
Bir qədər nostalji hisslərə qapılsaq, müasir yeniyetmələrin top probleminin olmamasını dərhal vurğulamalıyıq. Məşq 10-12 topla keçirilir. 20 il öncə bu sayda topa heç elita təmsilçiləri sahib olmurdu. Ancaq subyektiv fikrimizi də ortaya qoymalıyıq. 14 yaşlı uşaqlarda sanki 15 il peşəkar futbol oynamış təcrübəlilərin yorğunluğu sezilirdi. Nə ikitərəfli oyunda, nə əzələ dartınması zamanı gözündən alov çıxan futbolçuya rast gəlmədik.
 
Məşq sona çatdıqdan sonra da uşaqlar paltardəyişmə otağına tələsdilər. Çox istərdik ki, heç olmasa, biri qalıb, əlavə məşq etmək arzusunda olduğunu dilə gətirsin. Ancaq bu həvəsi heç bir uşaqda görmədik. Elə müsahibə zamanı baş məşqçiylə bununla bağlı da söhbət etdik. Ən maraqlı fakt isə məhz müsahibə zamanı ortaya çıxdı və növbəti addımlarımızı da məhz yaranan dilemmanın ətrafında qurmağı düşünürük.
 
Hələliksə tribunaya Elmir Mirzəyevi dəvət edək. Maraqlıdı ki, 2009-cu ildən “İnter”in uşaq komandalarında çalışan mütəxəssis 7 ildi ki, eyni heyətin “sükanı arxasındadı”.
 
Fədakarlıq nümunəsi
 
– Bu uşaqların əksəriyyəti 7 yaşından rəhbərliyim altında oynayır. İlk “qaranquş” isə komandamızın liderlərindən sayılan Ramil Məhərrəmovdu. Doğrudu, hazırda zədələnib, ancaq yaxın müddətdə yenidən sıralarımıza qoşulacaq.
 
– Ötən mövsümün sonlarından maliyyə problemləri ilə üzləşdiniz. U-14-dən çoxmu ayrılan oldu?
– Əsla! Hamılıqla sonadək duruş gətirdik. Bəli, çətin günlər idi. Ancaq uşaqlar da sadiqlik nümayiş etdirdilər və sonadək komandada qaldıq. Altı aya yaxın maaş almadıq. Buna baxmayaraq, işimizi davam etdirdik. Ancaq rəhbərlikdəki məlum dəyişiklikdən sonra maddi problemlərimiz həllini tapdı. İndi hər şey qaydasındadı.
 
– Nəqliyyat problemi də yaşayırdınız. Çempionat oyunlarına yollanmaqda futbolçuların validenlərinin dəstək olduğu bildirilirdi…
– Bu, həqiqətən belə idi. Dəfələrlə futbolçuların valideynləri nəqliyyat probleminin həllində kluba dəstək oldu. Bütün çətinliklərə rəğmən, dözdük. Ancaq bir futbolçunu itirdik. Söhbət Valentin Xodukinin nəvəsindən gedir. O da Ukraynaya qayıtdığı üçün komandamızdan ayrıldı.
 
– Bəlkə pərdəni qaldıraq? Həmin uşaq rəhbəriniz Valentin Xodukinin nəvəsi olduğu üçün komandanızda yer almışdı?
– Yox, istedadlı uşaq idi. Xüsusilə “ikinci mərtəbə”də əla təsir bağışlayırdı. Ucaboylu olması ona bu işdə yardımçı olurdu. Doğrudu, topla davranışda bir qədər axsamaları var idi. Lakin üstünlüyü bu çatışmazlığını da arxa planda qoya bilirdi.
 
“Futbolçularımı tanıya bilmirdim”
 
– Cari mövsüm komandanız üçün başa çatmasa da, ilkin yekunlar vurmaq olar. Başlayaq zona yarışından.
– Hər bir komandaya qarşı oynamaq çətin oldu. Ancaq bunlar arasında “Neftçi”, “Qəbələ”, “Bakı” daha çox seçilirdi. Etiraf edim ki, çempionatın startı bizim üçün uğursuz başladı. “Vətən”dən alınan 0:2 hesablı məğlubiyyət, udmalı olduğumuz “Bakı”yla matçda heç-heçə… Gərəksiz yerə xeyli xal itirdik. Ancaq tədricən toparlanmağı bacardıq və pley-offa vəsiqə verən 4-cü yeri tutduq. Amma startda planlaşdırılmayan xalları itirməsəydik, zona yarışını 2-ci yerdə başa vura bilərdik.
 
– 1/8 finalda “Turan”, yarımfinal yolunda isə “Xəzər Lənkəran” səddini adladınız…
– Tovuz klubunu hər oyunda məğlub etməyi bacardıq. “Xəzər Lənkəran”a gəlincə, evdə 4:1 hesablı qələbə qazandıqdan sonra cənubdan qolsuz bərabərliklə qayıtdıq.
 
– Amma finala çıxmaq şanslarınız minimaldı…
– “Bakı”yla ilk oyunu evdə keçirmişik. Acınacaqlı məğlubiyyət aldıq. Açıq deyirəm, futbolçularımı tanıya bilmirdim. Hansısa psixoloji diskomfort da yox idi. Elə cari mövsümdə zona yarışında 2 dəfə qarşılaşdığımız rəqib idi. Həmin oyunların hər ikisi bərabərliklə başa çatmışdı. Ancaq yarımfinalda “zolaqlılar” bizdən üstün futbol oynadı. Erkən qol vurdular, cavab verdik. Amma qısa zaman kəsiyində ardıcıl daha 2 dəfə fərqləndilər ki, bundan sonra uşaqlar özlərinə gələ bilmədi. Tablodakı yekun nəticə – 2:4 cavab oyunu öncəsi şanslarımızı azaldır. Amma biz sonadək mübarizə aparıb, finala çıxmaq uğrunda döyüşəcəyik. Alınmasa da, çempionatın bürünc medallarını qazanmağa səy göstərəcəyik.
 
 
Niyə belə olmalıdı?
 
Söhbətimizin növbəti hissəsi futbolçuların məşqdənkənar həyatına həsr olundu. Baş məşqçi vəziyyətin heç də istədiyi kimi olmadığını bildirməklə real durumu ortaya qoydu. Uşaqlar həftə ərzində məşqçinin nəzarəti altında ümumilikdə 6-7 saat olur. Qalan 160 saata yaxın vaxtda isə məşqçi yetirmələrini görmür. Bu da məşqçinin azyaşlı futbolçunun qidalanması, rejimi və digər məsələlərdən bixəbər olmasını şərtləndirir. Belədə, məsuliyyət uşaqların valideyninin üzərinə düşür.
 
– Bu, ən vacib məsələlərdən biridi. Uşaqlar nə vaxt yatır, nə vaxt durur, nə vaxt yemək yeyir, nə vaxt dərslərini oxuyur – bu kimi məsələlərdən bixəbərik. Bəzən olur ki, məşqdən sonra məhəllədə futbol oynamağa gedirlər. Bu da əlavə yüklənmə deməkdi. Uşaqların rejimə riayət etməsi olduqca mühüm məsələdi. Bazamızda Xaçmaz filialımızdan olan 5 uşaq yaşayır. Onların rejimini daim diqqət mərkəzində saxlaya bilirəm. Qida rasionu da, yatıb-durmaq və məşq proseslərinə də nəzarət edirəm. Belədə, futbolçunun inkişafı da düzgün gedir. Bu uşaqlar əsas komandanın üzvləri ilə eyni menyudan istifadə edir. Onların bazada qalması, qidalanması üçün klub prezidenti şərait yaratdı. Bunun da qarşılığını verməkdədilər. “Elit” kubokunda finala çıxdıq. Bu da klub prezidentinin diqqətindən yayınmadı. Komandamızı qəbul etdi, mükafat payladı. Əlbəttə, bu kimi məqamlar yeniyetmə futbolçuları stimullaşdırır, onları motivasiya edir.
 
– Bəs, bakılılar? Olmazmı ki, paytaxtda yaşayan futbolçuların valideynləri ilə söhbət edib, onlara övladlarının rejiminə diqqət yetirmələrinin əhəmiyyəti barədə dolğun məlumat verəsiniz?
– Təəssüf ki, əksər uşaqların valideynləri düşünürlər ki, övladlarını məşqə aparıb-gətirməklə iş bitir. Bu səpkidə onlarla bir neçə dəfə söhbət etmişəm. Reallıq budu ki, onlar övladlarının rejimə riayət etməsinə lazımınca nəzarət etmirlər.
 
Vahid ailə
 
– Futbolçu-məşqçi münasibətlərinin daha yüksək səviyyədə olması üçün, yetirmələrinizlə birgə asudə vaxt keçirmək kimi tədbirlər təşkil etmisinizmi?
– Bu cür təkliflərim olub. Ancaq ortaq məxrəcə gəlməkdə problemlər çıxıb. Kimisi qonaq gedir, digəri hazırlıq kurslarına. Ancaq razıyam ki, bu cür gəzintilər faydalı olardı. Çünki belədə, ailə ab-havası hökm sürəcək ki, bu da meydanda da müsbət təsirini göstərəcək.
 
– Futbolçularınız məşq başa çatan kimi, paltardəyişmə otağına yollandılar. Razılaşın ki, xoşagələn mənzərə deyil…
– Zəmanəmiz belədi. Uşaqlar indi daha çox internetə, kompüterə, telefona tələsir, stadionlara yox. Bu da müasir dövrümüzün reallığıdı. Əlbəttə, hansısa uşaq əlavə məşq etmək istəsə, buna sevinərəm, onunla istədiyi müddət qalıb yardımımı göstərərəm. Bəlkə də bu müsahibəni oxuduqdan sonra onların məsuliyyəti artacaq. Çünki futbolun inkişafına mətbuatın təsiri olduqca böyükdü.
 
– Rəhbərliyiniz altında oynayan uşaqlardan gələcəyini parlaq gördüyünüz futbolçular varmı?
– Mərkəz yarımmüdafiəçimiz Fərid Muxtarov, hücumda qərarlaşan Şirin Şirnov, Araz Abdullayevin əmisioğli Samir Abdullayevi qeyd edərdim. Ancaq digər uşaqlarımız da perspektivlidi. İndi onların elə vaxtıdı ki, istənilən an parlaya bilərlər. Əsas odu ki, məşqlərini əzmlə davam etdirsinlər, rejimə riayət etsinlər, məşqçinin dediklərinə nöqtə-vergülünə kimi əməl etsinlər. Bu nəslin uşaqlarına inamım böyükdü.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm