Premyer-liqa
Şahin Diniyev: “Gərgin, güzəştsiz mübarizə olacaq"
“Öncə “Kəpəz” azarkeşlərini, Gəncə futbo…
“Öncə “Kəpəz” azarkeşlərini, Gəncə futbolsevərlərini komandamızın Avropa Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Nəhayət ki, 16 ildən sonra yenidən Avropada oynayacağıq. Bu, hamımız üçün sevinməyə əsas səbəbdir. Uğurumuzda azarkeşlərin də rolu var, buna görə onlara təşəkkür edirəm”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan məşqdən sonra klub saytına deyib. Təcrübəli çalışdırıcı “Neftçi” ilə qarşıdakı oyundan da danışıb:
“Komandaların adı artıq hər şeyi deyir. Oyunun mahiyyəti bəllidir. Gərgin, güzəştsiz mübarizə olacaq. Hər iki tərəfə qələbə lazımdır. “Neftçi” qitəmiqyaslı turnirə vəsiqə qazanmaq istəyirsə, biz medalçılar sırasına düşməyi hədəfləmişik. Medal qazansaq, xoşbəxt olacağıq. Sıx yarış qrafikinə baxmayaraq matça ciddi hazırlaşmışıq. Yorğunluğumuz pik nöqtəsinə çatsa da, bu, səbəb olmamalıdır. Baxımlı futbol oynayıb azarkeşləri sevindirməyə çalışacağıq. Mühüm oyundur və həm rəqib, həm də biz bunu anlayırıq. Azarkeşlər tribunada darıxmayacaqlar”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…